ABŞ-da heyvanlara koronavirusdan qorumaq üçün xüsusi vaksin vurulacaq.
Bizim.Media xəbər verir ki, vaksindən ölkədəki zooparklarda istifadə edilməyə başlanılıb.
Vaksin ilk olaraq nəsli tükənməkdə olan heyvanları qorumaq üçün təcili istifadə icazəsi alıb.
ABŞ-ın Arizona ştatındakı Phoenix zooparkının baytarları ziyarətçilərlə yaxın təmasda olan 75 heyvana xüsusi koronavirus peyvəndinin ilk dozasını tətbiq ediblər.
Peyvənd Nyu-Cersidə yerləşən və beynəlxalq heyvan sağlamlığı şirkəti “Zoetis” tərəfindən xüsusi olaraq heyvanlar üçün hazırlanıb. (Medicina.az)
Bizim.Media