“Koronavirusa yoluxmuş qadın körpəyə süd verə bilməz”.
Bizim.Media xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-ginekoloqu Təranə Həsənova “TƏBİB məsləhəti”ndə deyib.
O bildirib ki, xəstəliyə yoluxanların uşağa süd verməsi tövsiyə olunmur:
“Çünki anayla uşaq arasında yaxın təmas olur. Ana koronavirusa yoluxmadığı halda süd verərkən maska taxması lazımdır. Yoluxduqdan sonra isə maskayla belə süd verməsi məsləhət deyil”. (APA)
Bizim.Media