Almaniya və İsveçrə alimləri insanlarda immunitet sisteminin səhər saatlarında daha yüksək olduğunu aşkar ediblər.
Bizim.Media xəbər verir ki, araşdırma nəticəsində bunun peyvənd zamanı effektli olduğu qeyd edilib.
Cenevrə və Lüdviq-Maksimilian universitetlərinin mütəxəssisləri orqanizmdəki dendritik hüceyrələrin istirahət mərhələsinin sonunda ən aktiv şəkildə hərəkət etdikləri qənaətinə gəliblər.
Alimlərin fikrincə, peyvənd və immunoterapiya zamanı günün vaxtı mütləq nəzərə alınmalıdır. Belə ki, düzgün vaxtda edilən peyvənd prosedurların effektivliyinə müsbət təsir göstərə bilər. (Report)
Bizim.Media