“Peyvəndlərin vurulmasına müəyyən əks-göstərişlər var. Xəstədə olan xroniki xəstəlik kəskinləşdikdə istər bir, istər ikinci doza peyvəndin vurulması bir müddət sonraya saxlanıla bilər”.
Bizim.Media-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov "COVID-19 peyvəndləri" mövzusunda çıxışında deyib.
Mütəxəssis qeyd edib ki, COVID-lə xəstələnmə peyvənd olunmaq üçün maneə deyil:
“Rəsmi qeydiyyata düşübsə, həmin şəxs 6 ay sonra vaksinasiyadan keçməlidir. Araşdırmalar göstərir ki, vaksinasiyadan və xəstəlikdən 6 ay sonra immunitet zəifləyir deyə, həmin şəxslər yoluxa bilər. Xəstəlik keçirən insan peyvənd olunarsa, onda əmələ gələn immunitet daha güclü olur”.
Nazirlik rəsmisi deyib ki, ölkədə 5 milyona yaxın insan koronavirus əleyhinə peyvənd olunub:
"Görülən yan təsirlərin əksəriyyəti yüngül yan təsirlərdir. Bu, maksimum 2-3 sutka ərzində keçib gedir”.
Bizim.Media