Əks-göstəriş sertifikatı almaq istəyənlərə niyə neqativ cavab verilir? – SƏBƏB AÇIQLANDI

"Bugün peyvəndi vurdurmağa qarşı əks-göstərişlərə görə poliklinikalara ən çox müraciətlər immun xəstəliklər, allergik və onkoloji xəstəliklər, hamiləlik, südvermə və epilepsiya xəstəliyinə görədir".

Bizim.Media xəbər verir ki, bunu Əks-göstərişlər üzrə yaradılan xüsusi komissiyanın üzvü Sevinc Məmmədova deyib.

O, əks-göstərişlərə hansı hallarda neqativ cavab verilməsi məsələsinə aydınlıq gətirib: "Neqativ cavablar 3 cür olur. Birincisi, komissiya təqdim olunan diaqnoza görə sənədləri yoxlayır. Əgər idarəolunmayan epilepsiyadırsa və xəstənin dərman içməsinə baxmayaraq qıcolma tutmaları olursa, bu halda diaqnozu elektroensefaloqramma əsasında yalnız nevropatoloq qoya bilər.
 

MÖVZU İLƏ BAĞLI:

"Ömrümüzün sonuna kimi koronavirusla yaşayacağıq" - PROFESSOR


Amma əgər kimdəsə qıcolma tutmaları olmur, yəni xəstəliyin remissiya dövründədir, onda əlbəttə ki o insanlara, bütün dünyada olduğu kimi, bizdə də “CoronaVac” vaksinini vurmaq olar.

İkinci neqativ cavabımız mütəxəssis rəyi olmadığı zaman verilir. Məsələn, xəstələr müayinə və müalicə ilə bağlı terapevt tərəfindən yazılan arayış təqdim edirlər. Amma bizə onkoloji və allergik xəstəliklər zamanı allerqoloqun, onkoloqun və s. mütəxəssislərin rəyi lazımdır.
 

Müraciət zamanı onkoloji xəstədir və hazırda vəziyyəti stabildir, yəni onun heç bir limfa düyünlərinə və digər orqanlara metastazı yoxdur. Bu insanlar üçün o arayış əks-göstəriş deyil. Amma elə xəstələr var ki, onlar kimyaterapiya alırlar.


​​​​​​​Peyvənd istehsalatçının instruksiyasında yazılıb ki, onkoloji xəstəliyə görə immunsupresiv (zəiflədici) kimyaterapiya alan insanlar zəiflədici kimyaterapiyanı 2-4 həftəlik müddətə saxlasınlar. Onlar bu müddət ərzində peyvəndləməlidir və sonra immunsupresiv kimyaterapiyasını davam etməlidir.

Bu zaman onlara müvəqqəti əks-göstəriş verilir, yəni sənəddə qeyd olunur ki, immunsupresiv kimyaterapiyası bitəndən sonra artıq o, peyvəndi vura bilər.

Üçüncü neqativ cavabımız o hallarda olur ki, qadın hamilədir, amma bunu təsdiq edən heç bir sənəd yoxdur. Yəni, qadın sadəcə olaraq özəl klinikalarda ultrasəs müayinəsindən (USM) keçib. Hamiləliklə bağlı sənədlər tam olmadığından bu halda bizim cavabımız neqativ olur və xanımlardan təsdiqedici digər sənədlər tələb olunur".

Komissiya üzvü eyni zamanda bəzi vətəndaşların cavablarının gecikməsi ilə bağlı iddialara da münasibət bildirib: "Əks-göstəriş sertifikatının verilməsi ilə bağlı tibb müəssisələrindən müraciətlərin say çoxluğu, əsassız müraciətlər və göndərilən sənədlərin bəzən düzgün doldurulmaması müəyyən gecikmələrə səbəb olur.
 

Qeyd edim ki, Bakı şəhərində iki komissiya fəaliyyət göstərir və hər komissiya həftədə 3 gün sənədləri qəbul edir. Bu komissiyaların hərəsinə təxminən 20-30 müəssisə təqdim edir. Sənədlər hər dəfə təqdim olunanda protokolda 70-90 insanın müraciəti olur.


Məsələn, dünən sənədlərin qəbul günü idi və saat 12:00-dan 15:00-dək biz 6 müəssisədən 18 protokol qəbul etdik. Bu protokollarda 473 insanın sənədi var idi.

Bu gün 15:00-dan 19:00-dək komissiya bu 473 insanın sənədini baxaraq, araşdırıb və uyğun olub-olmaması barədə qərar verəcək. Vətəndaşların narazılığını anlayırıq, lakin göndərilən müraciətlərin komisiya tərəfindən araşdırılması müəyyən qədər vaxt aparır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Putin İran xalqına Novruz mesajı göndərdi

Putin İran xalqına Novruz mesajı göndərdi

O da ARB TV-dən getdi

O da ARB TV-dən getdi

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Naxçıvanda daun sindromlu uşaqların sayı açıqlanıb

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Azərbaycanda buğda ilə özünütəminetmə səviyyəsi NİYƏ AZALIR?

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Zelenski ilə Orban arasında sərt QARŞIDURMA – Brüssel görüşü nəticəsiz bitdi

Problemli kreditlərin həcmi artıb

Problemli kreditlərin həcmi artıb

Bu günün ULDUZ FALI

Bu günün ULDUZ FALI

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Kubadan ABŞ-a sərt cavab: Hakimiyyət dəyişikliyi müzakirə olunmur

Daha bir avtobusda gedişhaqqı artırıldı

Daha bir avtobusda gedişhaqqı artırıldı

Həmədanda zəlzələ olub

Həmədanda zəlzələ olub

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Dəhşətli ailə faciəsi – Hamilə qadın və 5 uşağı yanğın zamanı həyatını itirdi - FOTO/VİDEO

Professor Lalə Əlizadə VƏFAT EDİB

Professor Lalə Əlizadə VƏFAT EDİB

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Azərbaycan pambıq ipliyi istehsalını artırıb

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Gəncədə 31 yaşlı kişi ZƏHƏRLƏNDİ

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Şəkinin Gəncəli məhələsində əsrlərin ƏNƏNƏSİ – FOTO

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Prokurorluq müəllimin ölümü ilə bağlı məlumat yaydı

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Müəllimlərin NƏZƏRİNƏ – Sertifikasiya ilə bağlı hansı yeniliklər OLACAQ?

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Tətildən sonrakı ilk dərs gününün vaxtı açıqlandı

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

Çöküş başlayır: Kreml kütləvi etirazlar dönəminə hazırlaşır

“Turan Tovuz” “Qəbələ”yə qarşı

“Turan Tovuz” “Qəbələ”yə qarşı

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Günün PROQNOZU: Güclü maqnit fırtınası olacaq

Hövsanda müəllim qətlə yetirildi

Hövsanda müəllim qətlə yetirildi

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

Bodrumda milyonlarla dollar dəyərində yaxtalar yanır - FOTO

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

İranın ABŞ-a vurduğu ziyanın məbləği AÇIQLANDI

End of content

No more pages to load

RADİO