Klinik protokollara, elmi tədqiqatlara görə, peyvəndin hamiləliyə təsiri yoxdur. Eləcə də hamiləliyi planlaşdıran xanımlar da vaksinasiyaya dəvət olunur.
Bizim.Media xəbər verir ki, bunu Təhsil Nazirliyinin rəsmi saytında təhsil işçilərinin vaksinasiyasına həsr olunan onlayn vebinarda millət vəkili Rəşad Mahmudov deyib.
O, əlavə edib ki, bu məsələdə xüsusilə Sinovac vaksini ilə bağlı müzakirələr yoxdur. O, hamilə xanımların məhz bu peyvəndə üstünlük vermələrini tövsiyyə edib.
Xatirə, Bizim.Media