Bizim.Media DW nəşrinə istinadən xəbər verir ki, Pfizer və BioNTech şirkətləri koronavirus peyvəndindən istifadə etmək üçün təcili icazə ala bilərlər.
Qeyd olunur ki, şirkətlər dərmandan istifadə üçün noyabrın 20-də ABŞ-ın Məhsul və Dərmanlara Nəzarət İdarəsinə müraciət edib.
"Böyük qürur və sevinclə, hətta rahatlıqla deyə bilərəm ki, bizim COVID-19 peyvəndimiz üçün təcili icazə tələbimiz Ərzaq və Dərmanlara Nəzarət İdarəsinə təqdim olunub", - deyə Pfizer-in rəhbəri Albert Burla bildirib.
Şirkətin alman tərəfdaşı BioNTech hazırladıqları koronavirus peyvəndinin 95% səmərəli olduğunu bəyan edib.
Bizim.Media