Son həftələrdə koronavirusla bağlı ən önəmli müzakirə mövzularından biri də 3-cü doz vaksinin qəbulunun vacib olub-olmaması idi. Lakin aparılan tədqiqatlar bu suala aydınlıq gətirib.
İngiltərənin Stenford Universitetində aparılan araşdırmalarda “Covid-19” əleyhinə peyvəndlərin virusa qarşı neçə dozada effektiv olduğu müəyyənləşdirilib.
Bizim.Media xəbər verir ki, Universitet tərəfindən dərc olunan məqalədə bu haqda məlumatlar öz əksini tapıb.
Tədqiqatların nəticəsində orqanizmin koronavirusa qarşı müqavimət göstərə bilməsi üçün müxtəlif vaksinlərə fərqli doza sayları uyğun görülüb.
Belə ki, “Pfizer-Biontech” və “Moderna” kimi peyvəndlər 2 dozda yetərli fayda verdiyi halda, sözügedən say “Sinovac” üçün 3-ə bərabər olub.
Qeyd edək ki, daha əvvəl “Sinovac” şirkətinin rəsmiləri də 3-cü doz peyvənd qəbulunu tövsiyə edib.
Murad Əhmədov, Bizim.Media