Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 51 yeni yoluxma faktı qeydə alınıb, 76 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, son sutkada COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 335 676 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 329 870 nəfər müalicə olunaraq sağalıb, 4 965 nəfər vəfat edib. Aktiv xəstə sayı isə 841 nəfərdir.
Bizim.Media