Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 68 yeni yoluxma faktı qeydə alınıb, 239 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 334917 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 327626 nəfər müalicə olunaraq sağalıb, 4948 nəfər vəfat edib, aktiv xəstə sayı 2343-dür.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8158, ötən müddət ərzində isə ümumilikdə 3589231 test aparılıb.
Bizim.Media