“Modern Diplomacy”də Ceyhun Osmanlının COP29-un nəticələrinə dair məqaləsi yayımlandı

Avropanın nüfuzlu “Modern Diplomacy” analitik portalında politoloq Dr. Ceyhun Osmanlının “COP29 Bakıda: Qlobal iqlim idarəçiliyi və yerli davamlı inkişaf naminə önəmli mərhələ” adlı yeni məqaləsi yayımlanıb. Məqalənin tərcüməsini olduğu kimi təqdim edirik: 

//moderndiplomacy.eu/2024/11/27/cop29-in-baku-a-milestone-for-global-climate-governance-and-local-sustainable-development/

Konfrans nəzəri öhdəliklərdən konkret fəaliyyət strategiyalarına keçidin önəmini qeyd edərək, maliyyə bərabərliyi, texnoloji yenilik və iqlim idarəçiliyində inklüzivliyi xüsusi olaraq vurğulayıb. 

Noyabrın 11-dən 22-dək Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) qlobal səviyyədə iqlim dəyişikliyinə qarşı aparılan mübarizənin mühüm məqamına çevrilib.

İqlim dəyişikliyinin artan təsirlərini sübut edən məlumatların fonunda keçirilən konfransın məqsədi qlobal istiləşmənin artması, biomüxtəlifliyin azalması və iqlim böhranlarının artırdığı sosial-iqtisadi bərabərsizliklər kimi aktual problemlərə konkret həll yollarınının tapılması prosesini sürətləndirmək idi. Konfrans nəzəri öhdəliklərdən konkret fəaliyyət strategiyalarına keçidin önəmini qeyd edərək maliyyə bərabərliyi, texnoloji yenilik və iqlim idarəçiliyində inklüzivliyi xüsusi olaraq vurğulayıb. 

Azərbaycanın COP29-a ev sahibi olaraq seçilməsi dayanıqlı inkişafa keçid dövrünün mürəkkəb dinamikasını simvolizə edir. Tarixən neft və təbii qaz kimi qalıq yanacaqlardan asılılığı olan bir ölkə olaraq Azərbaycanın yaşıl texnologiyalar və bərpa olunan enerji sahəsində bölgənin lideri olaraq tanınma səyləri inkişaf etməkdə olan iqtisadiyyatların qarşılaşdığı genişmiqyaslı çətinlikləri və imkanları nümayiş etdirir.
 

Şərqlə Qərbin, Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, eləcə də hökumətlər, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor kimi müxtəlif maraqlı tərəflər arasında əməkdaşlığın artırılması naminə əhəmiyyətli bir platforma təqdim edib. 


Bu baxımdan, bu məqalənin məqsədi COP29-un ümumi nəticə və faydalarını təhlil etməklə yanaşı iqlim maliyyələşdirilməsi, karbon bazarları, bərpa olunan enerjiyə keçid, şəhərlərin dayanıqlılığı və inklüzivlik kimi vacib sahələrin həllində tədbirin rolunu vurğulamaqdır. COP29-un beynəlxalq və yerli səviyyədə faydalarına diqqət çəkərək məqalə konfransın gələcək iqlim siyasətlərinin formalaşdırılması və dayanıqlı inkişafın təşviqi baxımından transformativ potensialını işıqlandırır. 

Əsas nəticələr və töhfələr 

İqlim maliyyəsi məqsədlərinin təkmilləşdirilməsi: COP29 iqlim maliyyələşdirilməsi sahəsində əhəmiyyətli bir irəliləyişə imza ataraq inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər illik 300 milyard dollar həcmində ictimai maliyyələşdirməni artırmaq məqsədilə Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG) təqdim edib. Bu tarixi öhdəlik həssas ölkələrin iqlim uyğunlaşması və təsirlərin azaldılması səylərinə uzun müddət maneə törədən maliyyə bərabərsizliyinin qlobal səviyyədə etirafını özündə əks etdirir. İctimai maliyyələşdirmədən əlavə, razılaşma iqlim problemlərinin həlli üçün 1.3 trilyon dollar həcmində ümumi ictimai və özəl sərmayələrin səfərbər olunmasını da hədəfləyərək güclü maliyyə bazasının təmin olunmasına zəmanət verib.

Bu kontekstdə BMT-nin İqlim Dəyişikliyi üzrə icraçı katibi Saymon Stiel Bakıda keçirilmiş BMT İqlim Konfransında müəyyən edilmiş yeni maliyyələşdirmə məqsədini insanlığın gələcəyi üçün təminat kimi xarakterizə edərək vurğulayıb:

“Bu razılaşma təmiz enerji bumunun davamını təmin edəcək və milyardlarla insanın həyatını qoruyacaq. Bu, bütün ölkələrin daha çox iş yerləri, güclü iqtisadi artım, hər kəs üçün daha ucuz və təmiz enerji kimi cəsarətli iqlim tədbirlərinin faydalarından yararlanmasına kömək edəcək. Lakin istənilən sığorta siyasəti kimi bu mexanizm də yalnız ödənişlər tam və vaxtında edildiyi təqdirdə işləyəcək”.

Bundan əlavə, COP29 zamanı inkişaf etməkdə olanundan əlavə, COP29 Azərbaycanın inkişaf trayektoriyasını davamlı maliyyə və iqtisadiyyatın diversifikasiyası üzrə qlobal tendensiyalara uyğunlaşdıraraq yaşıl investisiyalar üçün perspektivli mərkəz kimi profilini yüksəldib. Tədbir vasitəsilə əldə edilən görünürlük və etibarlılıq Azərbaycanın qlobal davamlılıq səylərində potensial olaraq uzunmüddətli investisiyaları cəlb edən və ekoloji cəhətdən şüurlu təşəbbüsləri dəstəkləmək üçün tərəfdaşlıqları təşviq edən mütərəqqi aktor kimi rolunu daha da vurğulayıb. 

İqlim idarəçiliyində liderlik: Azərbaycanın COP29-dakı fəal iştirakı onun iqlim idarəçiliyində artan liderliyini və davamlı inkişafla bağlı qlobal müzakirələrə təsir etmək qabiliyyətini nümayiş etdirib. Ölkənin bərpa olunan enerjinin tətbiqi və dayanıqlı şəhər inkişafı sahəsində irəliləyişlərlə dəstəklənən aşağı karbonlu iqtisadiyyata keçidə yönəlmiş strateji diqqəti onu digər inkişaf etməkdə olan iqtisadiyyatlar üçün nümunəyə çevirib. Bu sahələrdə əldə edilən konkret irəliləyişləri nümayiş etdirməklə Azərbaycan davamlı təcrübələrin milli inkişaf strategiyalarına inteqrasiyasının mümkünlüyünü və əhəmiyyətini göstərib. 

Bilik mübadiləsi və texnoloji innovasiya: COP29 tərəfindən təmin edilən platforma iqlim dəyişikliyi ilə mübarizə məqsədilə kritik bilik mübadiləsini və qabaqcıl texnologiyaların tətbiqini mümkün edib. Bərpa olunan enerji, şəhərsalma və iqlim uyğunlaşması sahələrindəki yeniliklər maraqlı tərəflər arasında paylaşılaraq ortaq ekoloji problemlərə birgə yanaşmaları təşviq edib.

Bu mübadilələrin Azərbaycanın milli iqlim hədəflərinə və daha geniş dayanıqlı inkişaf məqsədlərinə nail olmaq istiqamətində keçidini sürətləndirəcəyi gözlənilir. Bu qabaqcıl təcrübələrin tətbiqi, texnoloji innovasiyaların təşviqində və iqlim böhranına qarşı mübarizə üçün potensialın artırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayır. 

Nəticə 

Bakıda keçirilən COP29 qlobal iqlim idarəçiliyində transformativ məqamı vurğulayaraq ölkələr üçün siyasi ritorikadan real hərəkətə keçmək yolunda platforma təqdim edib. Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi xarakterizə etsə də, konfransın özü iqlim maliyyəsi, karbon bazarları, bərpa olunan enerji mənbələrinə keçid, şəhər dayanıqlılığı, inklüzivlik və digər sahələrə diqqət çəkərək iqlim böhranının həllində beynəlxalq əməkdaşlığın gücünü nümayiş etdirib. 
 

Bundan əlavə, COP29-a ev sahibliyi Azərbaycana davamlı inkişaf və bərpa olunan enerji sahəsindəki innovasiyalarda liderliyini nümayiş etdirmək üçün unikal bir imkan yaradıb. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan konfrans yerli iqtisadi artımı və texnoloji tərəqqini dəstəkləyərək ölkənin qlobal mövqeyini yüksəldib. Azərbaycanın bu təcrübəsi inkişaf etməkdə olan iqtisadiyyatların iddialı iqlim hədəflərini yerli həll yolları ilə necə balanslaşdıra biləcəyini nümayiş etdirən güclü bir nümunədir. 


Qlobal miqyasda COP29 ədalətli və inklüziv iqlim siyasətlərinin əhəmiyyətini vurğulayaraq ortaq problemlərin həllində kollektiv məsuliyyət zərurətini bir daha təsdiqləyib. Konfransın nəticələri gələcək iqlim fəaliyyətləri üçün, eləcə də Braziliyanın Belem şəhərində keçiriləcək COP30 və sonrakı tədbirlərdə davamlı tərəqqi üçün zəmin yaradıb. Əməkdaşlıq, innovasiya və inklüzivlik yolu ilə əhəmiyyətli irəliləyişlərin mümkün olduğunu nümayiş etdirərək COP29 qlobal miqyasda davamlı və ədalətli bir gələcəyə doğru səfərdə dönüş nöqtəsi kimi xatırlanacaq. 
 
Dr. Ceyhun Osmanlı, 

IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, beynəlxalq münasibətlər və siyasi iqtisadiyyat üzrə tədqiqatçı və analitik, Təşəbbüslər və Layihələr Mərkəzinin (TLM) direktoru 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Zelenski Britaniya kralına “iPad” HƏDİYYƏ ETDİ – VİDEO

Bakının ən bahalı küçəsi bəlli oldu

Bakının ən bahalı küçəsi bəlli oldu

Həbsdə olsa da milyonlar qazanır

Həbsdə olsa da milyonlar qazanır

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Pezeşkiandan QİSAS VƏDİ: "Laricaninin qanı yerdə qalmayacaq"

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Çempionlar Liqası: "Real Madrid", PSJ və "Arsenal" 1/4 finala yüksəldi – VİDEO

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Azərbaycanda pensiya yaşı dəyişir? – Belə ola bilər…

Aİ-95 benzin BAHALAŞACAQ?

Aİ-95 benzin BAHALAŞACAQ?

Alman evlərində niyə mətbəx olmur?

Alman evlərində niyə mətbəx olmur?

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

İlham Əliyev və Fridrix Merts arasında TELEFON DANIŞIĞI

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

Xaçmazda avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:Martın 18-də baş vermiş tarixi hadisələr

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Layiq olduğu dəyəri görməyən ulduzlar KİMLƏRDİR?

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Mənsum İbrahimov ifaçılara SƏSLƏNDİ

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

Azərbaycanla Serbiya yaşıl və ənənəvi enerjidə güclərini birləşdirir - FOTO

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

"Şamaxı"nın legioneri milliyə ÇAĞIRILDI

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Yazda gündüz yuxululuğunun səbəbləri və həll yolları açıqlandı

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Bir sıra istiqamətlər üzrə müntəzəm avtobus marşrutları müsabiqəyə ÇIXARILIR

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Vüsalə qardaşının MƏZARINDA: “Bu gün hesabat günüm idi” - FOTO

Ağdamda QƏZA: Xəsarət alanlar var

Ağdamda QƏZA: Xəsarət alanlar var

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

DİQQƏT: Bu ərazidə işıq olmayacaq

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

BƏƏ Hörmüz boğazının açılması üzrə koalisiyaya qoşula bilər

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

FHN əməkdaşları sahibkarlara mallarını çıxarmalarına köməklik göstərirlər - FOTO/VİDEO

Gürcüstanda matəm ELAN EDİLDİ

Gürcüstanda matəm ELAN EDİLDİ

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

Bakıda yük avtomobillərindən oğurluq edən şəxs TUTULDU

End of content

No more pages to load

RADİO