COP29-da qazanılan TARİXİ NƏTİCƏ – Qərbin məsuliyyətdən qaçmaq cəhdi BAŞ TUTMADI – TƏHLİL

COP29 dünyanın ən yeni tarixinin ən şərəfli və əlamətdar bir səhifəsinə çevrilməyi bacardı. Çünki COP29-da yaradılan bütün süni maneələrə baxmayaraq, yekun razılıq əldə olundu.

Belə ki, Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollarlıq iqlim maliyyəsini təmin etmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (Baku Finance Goal) razılaşmasını elan edildi.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden COP29-un müvəffəqiyyətlə təşkilinə görə Azərbaycana TƏŞƏKKÜR ETDİ


Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün 2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitin səfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrin əsas hədəfini özündə ehtiva edir. Bu, əvvəlki mətn layihəsi ilə müqayisədə 50 milyard dollar artım deməkdir və COP29 Sədrliyi tərəfindən 48 saatlıq intensiv diplomatik fəaliyyətin məhsuludur. 

Təbii ki, bu, tarixi uğurdur.

Çünki inkişaf etmiş ölkələr COP29-da böyük öhdəlik götürmək istəmirdilər. Necə deyərlər, məsələni 250 milyardla bağlamağa çalışırdılar. Amma aparılan diplomatik danışıqlar və  gərgin müzakirələr nəticəsində yekun razılığa gəlmək mümkün oldu.

Təbii ki, bu uğur insanpərvər qüvvələr tərəfindən alqışlarla və məmnunluqla qarşılandı. Hətta Bakıdakı son çıxışında BMT-nin Baş katibi Antonio Quterreş məmnunluqla bildirib ki, COP29-da əldə olunan razılaşma qlobal istiləşməni 1,5°C-də saxlamaq məqsədini qorumaq üçün həyati əhəmiyyət daşıyır:

“Ölkələr vəzifənin öhdəsindən gəldi. Mən maliyyələşdirmə və yumşaldılmada daha iddialı nəticələrə ümid edirdim, lakin bu razılaşma gələcək fəaliyyət üçün möhkəm əsas verir”.

İnkişaf etmiş ölkələr nədən “narahat idi”?

Nəzərə alaq ki, COP29-da razılaşma heç də asan olmadı. Bədnam qüvvələr COP29-un uğursuzluğa düçar olması üçün çox çalışdı. ABŞ, Fransa, Niderland və digər ölkələr təkcə Azərbaycanın uğuruna əngəl olmaq istəmirdi, həm də yeni maliyyə öhdəliklərindən qaçırdılar.

Halbuki, qlobal iqlim dəyişikliyinin əsas günahkarı inkişaf etmiş ölkələrdir. Məsələn, Çin 14 milyard tondan çox, ABŞ 6 milyard ton, Hindistan 3,5 milyard ton,  Avropa Birliyi 3,4 milyard ton, Rusiya 2 milyard ton, Yaponiya isə 1,170 milyard ton CO2 emissiyası buraxır. 2021-ci ildə Aİ dünyada bütün nəqliyyat İHQ emissiyalarının (daxili nəqliyyat və beynəlxalq bunkerlər daxil olmaqla) 76%-ni atmosferə buraxır.

Bununla belə, inkişaf etmiş bəzi ölkələr yaratdıqları problemlərin acı nəticələrini aradan qaldırmaqda o qədər maraqlı deyillər. Üstəlik, əksər inkişaf etmiş dövlətlər Azərbaycanın çağırışlarını və tələblərin eşitmək istəmirdi. Hətta Azərbaycanın çağırışlarını özlərinin riyakar kampaniyaları hesabına “eşidilməz” etmək istəyirdilər.

Bu durumu Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkədə hesabındakı paylaşımında dəqiqliklə ifadə edib:

“Genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu”.

Azərbaycan lideri əlavə edib ki, “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı:

“Bütün proses boyu biz inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdik, çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik”.

COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir.

Nəzərə alaq ki, həm ABŞ, həm də bəzi Avropa dövlətləri son bir ildə Azərbaycana qarşı çox çirkin kampaniya aparırdılar. Bu dövlətlərin hədəfi o idi ki, COP29 Bakıda keçirilməsin. Bunun əsas səbəbi Azərbaycanın beynəlxalq aktora çevrilməsinin qarşısını almaq, digər səbəbi isə bəzi təşəbbüslərin əldən verilməsinin qarşısını almaq idi.

Məlum olduğu kimi, son illər informasiya bolluğu və reallaşan proseslər böyük dövlətlərin əsl simasını sivilizasiyaya çılpaqlığı ilə göstərib. Ona görə də artıq heç kimi ABŞ və digər dövlətlərin həqiqət carçısı olduğuna inanmır. Belə reallıqda isə ortaya yeni güclərin çıxması zəruri idi. Məhz belə bir tarixi məqamda Azərbaycan müasir çağırışlarla qətiyyət nümayiş etdirdi.

Təbii ki, Azərbaycan kimi kiçik ölkənin beynəlxalq təşəbbüslərin və çağırışların müəllifi kimi çıxış etməsi böyük dövlətlər üçün heç də arzuolunan hal deyil. Ona görə də son bir ildə aparıcı dövlətlərin bəziləri Azərbaycana qarşı çirkin kampaniya apardılar. Sonda isə ABŞ, Fransa və Niderland COP29 konfransına yüksəksəviyyəli heyətlə qatılmaqdan imtina etdi. Üstəlik, həmin dövlətlər çağırışlar edərək digər dövlətlərin də Bakıya gəlişini əngəlləmək istədilər. 

Amma Azərbaycanın qətiyyəti, obyektiv mövqeyi destruktiv təşəbbüsləri kölgədə qoydu.

Dünyanın 190-dan artıq dövləti Bakı sammitindəki müzakirələrə qoşuldu. Ən əsası COP29 inkişaf etmiş ölkələr üçün illik iqlim maliyyəsinin həcmini müəyyən edilməsinə nail oldu. Bu isə artıq COP29 iqlim diplomatiyasında dönüş nöqtəsi oldu. Artıq bütün dünya COP29-un nəticələrini məmnunluqla müzakirə və təqdir etməyə başlayıb. 

Beləcə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin dediyi kimi, COP29 uğurla başa çatdı və digər mühüm nailiyyətlər arasında yeni maliyyə hədəfinin müəyyən edilməsi ilə qlobal iqlim fəaliyyəti tarixinə “Bakı sıçrayışı” kimi öz damğasını vurdu.
 

COP29-un uğurlu yekunu göstərdi ki, artıq Qərb əvvəlki kimi liderlik nümayiş etdirə bilmir və dünyada geosiyasi baxımdan dərin qütbləşmə prosesi gedir. Bu prosesdə isə Azərbaycan beynəlxalq aktor və lider dövlətlərdən biri kimi daha çox diqqət çəkir.


Ona görə də COP29-un təşkilatçılığındakı qüsursuzluq və yekun qərarlar Azərbaycanı dünyaya yeni bir güc kimi bütün dünyaya təqdim etdi.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

End of content

No more pages to load

RADİO