COP29-da TARİXİ QƏRAR: İtki və Zərər Fondu tam fəaliyyətə başlayacaq

Bakıda tarixi qərar verilib. Belə ki, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbrsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən qərar qəbul olunub. Bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən iqlim dəyişmələrinin fəsadlarının kiçik ada ölkələrinə törətdiyi çətinliklərin həlli məsələsinin COP29 Sədrliyinin prioriteti kimi müəyyən edilməsinə uyğundur.

Bizim.Media xəbər verir ki, İtki və Zərər Fondunun (Loss and Damage Fund) yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdır. Fond iqlim dəyişmələrinin təsirlərinə ən həssas ölkələrə maliyyə yardımı göstərmək məqsədi daşıyır.

Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş COP28 zamanı Fondun fəaliyyətə başlaması ilə bağlı qərar qəbul olunub.

COP29 Sədrliyi İtki və Zərər Fondunun fəaliyyətinin təmin edilməsi istiqamətində mühüm addımlar atmış, İdarə Heyəti və Dünya Bankı ilə sıx əməkdaşlıq etmişdir. Cari ilin sentyabrında Fondun İdarə Heyətinin Bakıda keçirilmiş 3-cü iclası zamanı Fondun fəaliyyətə başlaması üçün vacib tədbirlər görülmüş, Fondun icraçı direktoru vəzifəsinə İbrahima Şeyx Dionqun təyin edilmişdir.

COP29 çərçivəsində isə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanmışdır.

Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında “Qəyyumluq Sazişi” və “Katibliyin Ev Sahibliyi Sazişi”, eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış “Ev Sahibi Ölkəyə dair Saziş”dir.

Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyinin məbləği 731,15 milyon ABŞ dollarından artıqdır.

Əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək. Bu, Azərbaycanın COP29 Sədrliyinin növbəti uğurudur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Estoniya 261 Rusiya vətəndaşının ölkəyə girişini qadağan etdi

Estoniya 261 Rusiya vətəndaşının ölkəyə girişini qadağan etdi

Moldovadan Rusiya telekanallarının yayımı ilə bağlı QƏRAR

Moldovadan Rusiya telekanallarının yayımı ilə bağlı QƏRAR

Rusiyada neft hasilatı ən aşağı səviyyəyə endi

Rusiyada neft hasilatı ən aşağı səviyyəyə endi

10 qutu dərman satışdan YIĞIŞDIRILDI - Apteklərdə dərmanların saxlanma qaydaları necə pozulur?

10 qutu dərman satışdan YIĞIŞDIRILDI - Apteklərdə dərmanların saxlanma qaydaları necə pozulur?

Azərbaycanda dövlət qurumu LƏĞV EDİLDİ

Azərbaycanda dövlət qurumu LƏĞV EDİLDİ

Dəfnə yarpağının bilmədiyimiz FAYDALARI

Dəfnə yarpağının bilmədiyimiz FAYDALARI

Avtomobilin ön şüşəsini zədələmədən buzdan necə təmizləmək olar? – Ən təsirli ÜSULLAR

Avtomobilin ön şüşəsini zədələmədən buzdan necə təmizləmək olar? – Ən təsirli ÜSULLAR

Şəbnəm 1 milyona villa TİKDİRİR - VİDEO

Şəbnəm 1 milyona villa TİKDİRİR - VİDEO

Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu - VİDEO

Toy zamanı daha bir şadlıq sarayında yanğın oldu - VİDEO

Bu şəxslərin hərbi xidmət müddəti 6 ay AZALDILDI

Bu şəxslərin hərbi xidmət müddəti 6 ay AZALDILDI

Gəncədə maşın iki piyadanı xəstəxanalıq etdi

Gəncədə maşın iki piyadanı xəstəxanalıq etdi

"Oleq Bakinski" şərti cəzadan azad edildi

"Oleq Bakinski" şərti cəzadan azad edildi

"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

"Kişidən kiçik hədiyyə götürmürəm, maşın, ya ev OLMALIDIR"

Bu gün maqnit qasırğası olacaq

Bu gün maqnit qasırğası olacaq

“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var

“Tarqovu”da məşhur restoranın tavanı uçdu - Yaralanan var

Ötən il neçə nəfərə şəhid ailəsi üzvü vəsiqəsi verilib?

Ötən il neçə nəfərə şəhid ailəsi üzvü vəsiqəsi verilib?

Avtobusda soyğunçuluq edən üç nəfər saxlanıldı - VİDEO

Avtobusda soyğunçuluq edən üç nəfər saxlanıldı - VİDEO

Bu yataqlardan ixrac edilən qaz 190 milyard kubmetri ötdü

Bu yataqlardan ixrac edilən qaz 190 milyard kubmetri ötdü

İranda əslində nə BAŞ VERİR?

İranda əslində nə BAŞ VERİR?

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işlərinə başlanıldı

Meloni: “Venesuela iki italiyalı məhbusu azad edib”

Meloni: “Venesuela iki italiyalı məhbusu azad edib”

Azərbaycanda övladlığa uşaq götürən subay şəxslərin SAYI

Azərbaycanda övladlığa uşaq götürən subay şəxslərin SAYI

İranın Avstraliya səfirliyində şah dövrünün bayrağı qaldırıldı - VİDEO

İranın Avstraliya səfirliyində şah dövrünün bayrağı qaldırıldı - VİDEO

Sabah qar yağacaq – PROQNOZ

Sabah qar yağacaq – PROQNOZ

End of content

No more pages to load

RADİO