“Trendyol” COP29-da: Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi – FOTO

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük e-ticarət platformalarından biri “Trendyol” özünün COP29 pavilyonunda dayanıqlılıq üzrə planlarını və məqsədlərini bölüşür. Eyni zamanda Türkiyənin Dayanıqlı Gələcək Platformasının pavilyonuna baş sponsorluq edən şirkət COP29 çərçivəsində dayanıqlılıq sahəsində fəaliyyət göstərən türk və azərbaycanlı elm adamlarını bir araya gətirərək dayanıqlılıq və iqlim müzakirələrinə dəstək olur. 

Bizim.Media xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransının 29-cu sessiyasında iştirak etməkdə ‘’Trendyol’’un əsas məqsədi buradakı aparıcı ekspertlər, təşkilatlar və şirkətlərlə təcrübə və fikir mübadiləsi aparmaq, həmçinin, dayanıqlılıq və sosial təsir sahəsində layihələrini təqdim etməkdir.

Əldə olunan təcrübə iqlim dayanıqlılığı və dayanaqlı biznes təcrübəsini artırmaq üçün gələcək strategiyaların formalaşmasında mühüm rol oynayacaq. 

Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsi və fəaliyyət planına malik ilk e-ticarət şirkətinin prioritet hədəflərindən biri ətraf mühitə, təbiətə və cəmiyyətə töhfə verməkdir. Şirkət "Birlikdə Transformasiya" şüarı altında həyata keçirdiyi layihələrini COP29 çərçivəsində ictimaiyyətə təqdim edir, ekoloji təşəbbüslərini vurğulamaqla sosial məsuliyyətli qurum kimi planlarını nümayiş etdirir. 


“Trendyol”’un Dayanıqlılıq Hesabatı: 2025-ci ilə qədər qablaşdırma materiallarının 100%-i sertifikatlaşdırılacaq 


“Trendyol” COP29 tədbiri çərçivəsində 2023-cü il üçün Dayanıqlılıq Hesabatını təqdim edib. Şirkət ətraf mühit və sosial təsir layihələri üzrə hədəflərindəki irəliləyişləri bölüşüb. ‘’Trendyol’’un dayanıqlılıq hesabatı dünya, insan və idarəetmə kateqoriyalarında 9 fərqli mövzunu əhatə edir.

Hesabat şirkətin ətraf mühitə həssas yanaşmasını və cəmiyyətə uzunmüddətli töhfələr verən həllər təqdim etmə vədini nümayiş etdirir. “Trendyol” bu hesabatla öz məqsədlərinə doğru irəlilədiyini və dayanıqlılıq hədəfi istiqamətində əhəmiyyətli uğurlar əldə etdiyini vurğulayır. 


2022-ci ildən Türkiyənin dayanıqlılıq üzrə yol xəritəsinə malik olan ilk e-ticarət şirkəti “Trendyol” Dayanıqlı Təsir Planı çərçivəsində Scope 1 və 2 emissiyalarını ümumilikdə 16% azaldıb. Bütün logistika şəbəkəsində qablaşdırma və tullantıların idarə edilməsini optimallaşdıraraq, tullantıların 96,7%-ni təkrar emal edib və birdəfəlik plastik istehlakını 57% azaldıb.

Həmçinin şirkət dayanıqlı qablaşdırma strategiyası ilə karqo qablaşdırmalarının 70%-ni təkrar emal edilmiş materiallardan istehsal edib.

Şirkət 2025-ci ilə qədər bütün logistik mərkəzlərində sıfır tullantı sertifikatı almağı hədəfləyir. Bu hədəfdən sonra isə platforma pərakəndə qablaşdırma materiallarının 100%-ni sertifikatlaşdırılmış mənbələrdən təmin edəcək. 


“Trendyol” əməliyyatlarında və dəyər zəncirində karbon emisiyyalarını azaltmaqla 2040-cı ilə qədər karbon neytral olmağı və 2050-ci ilə qədər bütün dəyər zəncirində bu hədəfə çatmağı hədəfləyir. 

Erdem İnan: ‘’Dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq’’ 

“Şirkətimizin qlobal miqyasda genişlənməsi prosesində biz dayanıqlılığı bütün əməliyyatlarımızın mərkəzinə qoyuruq. Gələcək nəsillərə daha yaşana bilən dünya qoya bilmək üçün dayanıqlılıqla bağlı qlobal mübarizəyə töhfə vermək məsuliyyətimizin fərqindəyik.


Bu il COP29-da 2023-cü il üzrə Dayanıqlılıq Hesabatımızı qlobal ictimaiyyətə elan etməklə fəaliyyət göstərdiyimiz hər bir bazarda dayanıqlı müsbət təsir yaratmaq üçün gördüyümüz işləri təqdim etdik. Biz həmçinin e-ticarət sektoru və dünya miqyasında e-ticarət ekosistemi üçün mühüm mərhələ olduğuna inandığımız “Birgə Transformasiya Akademiyası”nı elan etdik," - deyə Trendyol Qrupunun baş icraçı direktoru Erdem İnan bildirib. 

‘’Trendyol’’un dayanıqlılıq layihələri COP29-da müzakirə edilib 

COP29-da Yaşıl Zonada yeganə türk şirkəti olan “Trendyol”, eyni zamanda Türkiyədən öz pavilyonu ilə konfransda iştirak edən qeyri-hökumət təşkilatı Dayanıqlı Gələcək Platformasının əsas sponsorluğunu öz üzərinə götürüb. Şirkət COP29 çərçivəsində üç paneldədavamlılıq strategiyasını və layihələrini iştirakçılarla paylaşıb.


Dayanıqlı Gələcək Platformasının pavilyonunda, Dr. Özlem Tuğçe Keleşin moderatorluğu ilə, “Trendyol” Qrupun Korporativ Kommunikasiyalar Direktoru İrem Poyraz, ‘’Sustainee Consultancy’’nin qurucusu Ezgi Eğribozlu və ‘’Cabana Education and Consultancy’’nin nümayəndəsi Dr. İşıl Şahan 2023-cü il Dayanıqlılıq Hesabatını və ‘’Trendyol’’un bu sahədəki hədəflərini müzakirə edib.  

“Esmiyor” platformasından Naz Yamanın moderatorluğu ilə keçirilən digər sessiyada isə, İrem Poyraz və Türkiyədə BMT-nin İnkişaf Proqramının layihə koordinatoru Arzu Karaarslan Əzizoğlu ‘’Trendyol’’un Azərbaycanda və digər bazarlarda həyata keçirdiyi sosial təsir layihələrindən danışıb.

Kapital Bankın icraçı direktoru Fərid Hüseynovun və PwC şirkətinin nümayəndəsi Xəyalə Eylazovanın qatıldığı və “Trendyol’’un Azərbaycandakı biznes partnyoru PAŞA Holdinqin pavilyonunda keçirilən “Rəqəmsallaşma vasitəsilə dayanıqlılıq” panelində İrəm Poyraz, ‘’Trendyol”un "Birlikdə Transformasiya" yanaşmasını, rəqəmsallaşmanın dayanıqlılıqdakı təsirini və “Birgə Transformasiya Akademiyası”ndan bəhs edib. 


“Trendyol” qadınların səlahiyyətləndirilməsi, gənc sənətkarların və təşkilatların dəstəklənməsi üçün xüsusi proqramlar da həyata keçirir.


BMT-nin İnkişaf Proqramı ilə birlikdə reallaşdırdığı "Sabahın kəndləri" layihəsi sahibkar və istehsalçı qadınların işini təşviq etməklə yerli məhsulların və sənətkarlıq nümunələrinin əhatə dairəsini genişləndirmək, “Trendyol”un texnoloji resurslarını kənd yerlərinə yaymaqla rəqəmsal boşluğu minimuma endirmək, məşğulluğu stimullaşdırmaq və kəndlərin inkişafına təkan vermək məqsədi daşıyır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Naxçıvanda DƏHŞƏT - Sevgilisi ilə danışarkən tutuldu, arvadını asıb öldürdü

Əlisəmid Kür reanimasiyaya YERLƏŞDİRİLDİ

Əlisəmid Kür reanimasiyaya YERLƏŞDİRİLDİ

73 yaşlı İbrahim Tatlısesdən ŞOK sevgi etirafı

73 yaşlı İbrahim Tatlısesdən ŞOK sevgi etirafı

Yüzlərlə müəllim təltif edildi - ƏMR

Yüzlərlə müəllim təltif edildi - ƏMR

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Azərbaycanlı qadınları Türkiyədə fahişəliyə cəlb ETDİ - 9 il HƏBS verildi

Yeməkdən sonra niyə yuxumuz gəlir?- SƏBƏB BİLİNDİ

Yeməkdən sonra niyə yuxumuz gəlir?- SƏBƏB BİLİNDİ

Texnologiyada QADIN SƏSİ - Marketinq aləti, yoxsa gender tələsi?

Texnologiyada QADIN SƏSİ - Marketinq aləti, yoxsa gender tələsi?

Sumqayıtda FACİƏ - Sürücü sükan arxasında həyatını itirdi

Sumqayıtda FACİƏ - Sürücü sükan arxasında həyatını itirdi

Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Sabah İsrail və HAMAS Misirdə danışıqlara başlayacaq

Rusiya sərnişin qatarını ATƏŞƏ tutdu - Xeyli sayda yaralı var

Rusiya sərnişin qatarını ATƏŞƏ tutdu - Xeyli sayda yaralı var

Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır

Vərəm xəstəlikləri üzrə milli strateji plan hazırlanır

Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub

Ukrayna Rusiyanın raket daşıyan gəmisini vurub

Bakıda "Santafe" alışdı - VİDEO

Bakıda "Santafe" alışdı - VİDEO

Oqtay Şirəliyev DƏFN olundu

Oqtay Şirəliyev DƏFN olundu

"Sən, əxlaqsızsan, 50 yaşında ərə gedirsən..." – Aparıcı Rövşanədən QALMAQALLI açıqlama

"Sən, əxlaqsızsan, 50 yaşında ərə gedirsən..." – Aparıcı Rövşanədən QALMAQALLI açıqlama

Səhər yastığınızı yoxlayın - Bununla da xərçəng olduğunuzu biləcəksiniz

Səhər yastığınızı yoxlayın - Bununla da xərçəng olduğunuzu biləcəksiniz

Nərminə Gündüzlü vəfat edib

Nərminə Gündüzlü vəfat edib

Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər

Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər

Türkiyədə kimya zavodunda PARTLAYIŞ olub - Ölənlər var

Türkiyədə kimya zavodunda PARTLAYIŞ olub - Ölənlər var

Putinin təhdidi dünyanı QORXUYA SALDI – Bəşəriyyəti nüvə fəlakəti GÖZLƏYİR?

Putinin təhdidi dünyanı QORXUYA SALDI – Bəşəriyyəti nüvə fəlakəti GÖZLƏYİR?

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

Ən uzunmüddətli maqnit qasırğalarından biri sona çatdı

“Ən yaxın dostumu itirdim...” – Əbülfəz Qarayev Oqtay Şirəliyevdən DANIŞDI

“Ən yaxın dostumu itirdim...” – Əbülfəz Qarayev Oqtay Şirəliyevdən DANIŞDI

Yüksək təzyiqə və diabetə SON - Yapon gəzintisinin faydaları

Yüksək təzyiqə və diabetə SON - Yapon gəzintisinin faydaları

End of content

No more pages to load

RADİO