COP29-un misirli qonağından UNİKAL METOD – Kosmosda elektrik enerjisi istehsal OLUNACAQ?

“Bütün ölkələr öz mənfəətlərini düşünür, lakin indi biz fərqliliklərimizə baxmayaraq, bir ölkə, bir vahid kimi düşünməliyik”.

Bunu “Misir xəyal fondu”nun prezidenti Məhəmməd Həqqaq Bizim.Media-ya açıqlamasında bildirib.

Məhəmməd Həqqaqın sözlərinə görə, onun komandası iqlim dəyişikliyinə qarşı elmi həllər təqdim edir:

“Ümid edirik ki, bu konfrans iqlim dəyişikliyinə qarşı mübarizədə bir dönüş nöqtəsi olacaq. Eyni zamanda, COP-un gündəliyində yoxsulluq və aclıq problemini həll etmək də olmalıdır, çünki aclıq çəkən insanlar iqlim dəyişikliyini həll etməyi düşünməyəcək. Dünyadakı bütün insanların birləşərək iqlim dəyişikliyi adlı "canavarla" mübarizə aparması lazımdır, çünki bu, insan tarixindəki ən böyük düşməndir.

QHT rəhbəri iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün komandasının təqdim etdiyi həll yollarından danışıb.

“Biz elmi bir QHT-yik və iqlim dəyişikliyi üçün həllərimiz var. Bizim fikrimizcə, problem enerji əldə etmək üçün istifadə etdiyimiz alətlərdir. Çünki hazırda istifadə olunan mərkəzləşdirilmiş elektrik stansiyaları cəmi 10% səmərəliliklə işləyir, lakin bizdə 90% səmərəliliklə çalışan yeni yaşıl texnologiya var. Bu texnologiya həm daha az karbon qazı yayır və xərcləri 3,5 il ərzində geri qaytarır“.

Həmsöhbətimiz karbon dioksid emissiyasını azaltmaq üçün də üsullar tapdıqlarını deyib:

“Biz qida tullantılarından biometan qazı istehsal edirik, beləliklə, xərclər 2,5 ilə geri qayıdır. Bu texnologiyadan yararlanmaqla fosil yanacaqlardan çox az istifadə edəcəyik və CO2 emissiyasını əhəmiyyətli dərəcədə azaldacağıq. Həmçinin metan qazının yayılma problemini də həll edirik. İqlim dəyişikliyi yuxarı atmosferdəki istixana qazlarının təsirindən yaranır və bunun üçün də həllimiz var. Biz indi bir alət üzərində araşdırmalar aparırıq. Həmin alət istixana qazlarını atmosferin yuxarı təbəqəsindən alıb yerin cazibə qüvvəsindən kənara buraxır”.

“Misir xəyal fondu”nun nümayəndəsinin iqlim dəyişikliyində əhəmiyyətli rol oynaya biləcək ixtirası da var:

“Digər bir araşdırmamız isə kosmosda elektrik enerjisi istehsal edib onu işıq konsentrasiyası ilə birbaşa yerə ötürmə texnologiyasıdır. Bundan əlavə, bizim nümayəndəmiz çox səmərəli bir külək turbini ixtira edib. Bu turbin adi modellərdən 7 dəfə daha səmərəlidir və hazırda Misir əyalətləri arasında heç bir enerji doldurulmasına ehtiyac duymadan işləyən elektrik avtomobilinin üzərində sınaqdan keçirilir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrailin hədəfində olan 7 iranlı kimdir?

İsrailin hədəfində olan 7 iranlı kimdir?

Gəncədə evdən meyit tapıldı

Gəncədə evdən meyit tapıldı

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ! Xəzər dənizində zəlzələ oldu

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İlham Əliyev Gürcüstanın Baş nazirinə başsağlığı VERDİ

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

İran səfirindən humanitar yardımla bağlı AÇIQLAMA

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Koxalski Polşa millisinə ÇAĞIRILACAQ

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

Bütün ABŞ səfirliklərinə göstəriş verildi - “Hazır olun”

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

3 bürcə möcüzəvi şans - Uğur qapıları açıldı

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Narkoloji xəstələr işəgötürənin hesabına tibbi müayinədən KEÇİRİLƏCƏK

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Əmək müqaviləsi bağlanarkən işçilərdən yeni sənəd TƏLƏB OLUNACAQ

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bayram günlərində işləyəcək BANKLAR – SİYAHI

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bu şəxslərin əmək müqaviləsinə XİTAM VERİLƏCƏK

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Bakıda "Prius" sərnişin avtobusuna çırpıldı - ANBAAN VİDEO

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Ayağı amputasiya olunan şəxs Laricaninin yerinə GƏTİRİLİR?

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Əli Laricaninin öldürülməsinə cavab: Təl-Əviv raketlərlə vurdu – ÖLƏNLƏR VAR - VİDEO

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Anasını bıçaqlayan şəxs: “100 manat pul verəcəkdi, vədinə əməl etmədi”

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

“Dubayda al-ver” dövrü SONA ÇATIR – Regional biznes mərkəzi bu şəhərlərdən biri olacaq – SİYAHI

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Əli Laricani və oğlu bu gün dəfn olunacaq

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Rusiyadan Azərbaycana təhvil verilən şəxs məhkəmə zalında azadlığa buraxıldı

Dünya bazarlarında neft ucuzlaşır

Dünya bazarlarında neft ucuzlaşır

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Saat 10:00-dan 16:00-dək işıq olmayacaq – BU ƏRAZİLƏRDƏ

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

Çempionlar Liqası: "Qalatasaray" bu gün cavab oyununa ÇIXIR

End of content

No more pages to load

RADİO