"Sizin ölkəniz COP29 konfransını keçirməyə layiqdir. Mən öz ölkəm İordaniya ilə müqayisədə deyə bilərəm ki, Azərbaycan ekologiyanın dostudur".
Bu fikirləri Bizim.Media-ya açıqlamasında iordaniyalı siyasətçi Ziyad Əl-Alavneh deyib.
İordaniyalı qonaq Bakı küçələrinin daha təmiz olduğunu bildirib:
"İlk dəfədir Azərbaycana gəlmişəm. Azərbaycanda küçələr təmizdir, bizdə də elektromobillər var, sizdə hətta elektrik avtobuslar da fəaliyyət göstərir. Dünən isə turistik məkan olduğu üçün Qubaya getmişdim".
Günay Şahmar, Bizim.Media