Türkiyə və Şimali Kipr mediası COP29 mövzusunu geniş işıqlandırıb

Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı media orqanları BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Azərbaycanda keçiriləcək 29-cu sessiyasının (COP29) mövzusunu geniş şəkildə işıqlandırıb.

Bizim.Media xəbər verir ki, dost ölkələrin media strukturları auditoriyaya qlobal ekoloji tədbirin gündəliyi, Azərbaycanın COP29-un təşkili istiqamətində səyləri, Türkiyənin ətraf mühitin mühafizəsi sahəsində prioritetləri barədə məlumat verib.

Qeyd edilir ki, “iqlim maliyyələşdirilməsi” Bakıda keçiriləcək qlobal müzakirələrin gündəliyində prioritet məsələ olacaq.

COP29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da daxil olmaqla 100-ə yaxın ölkənin dövlət və hökumət başçılarının gözlənilən iştirakı diqqətə çatdırılır.

Xüsusilə vurğulanır ki, qeydiyyatdan keçmiş COP29 iştirakçılarının sayı artıq 67 min nəfəri keçib.

Qeyd olunur ki, digərləri ilə yanaşı, Türkiyə liderinin xanımı Əminə Ərdoğanın təşəbbüsü ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsi Azərbaycandakı qlobal tədbir çərçivəsində təqdim olunacaq.

“Anadolu” Agentliyi Azərbaycanın energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Sultanovun müsahibəsini dərc edib.

“İnfrastrukturun hazırlanması, nəqliyyat məsələlərinin həlli, yerləşdirmə, vizaların verilməsi cəmi bir il ərzində tamamladığımız kompleks işlərin sadəcə bir hissəsidir. COP29-da iştirak etmək üçün artıq 67 mindən çox insan qeydiyyatdan keçib. Bu son göstərici deyil. Azərbaycan bütün qonaqlarını qəbul etməyə hazırdır”, - deyə E.Sultanov bildirib.

Nazir müavini COP29 sessiyası çərçivəsində təhlükəsizlik tədbirlərinin yüksək səviyyəsinə diqqət çəkərək qlobal tədbirin uğurunun Azərbaycana siyasi, sosial və iqtisadi müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Rza Cəfərov “Neftçi”də QALACAQ

Rza Cəfərov “Neftçi”də QALACAQ

Tarixi və mədəni məsuliyyət - Ana dilimizin qorunması ZƏRURƏTİ

Tarixi və mədəni məsuliyyət - Ana dilimizin qorunması ZƏRURƏTİ

“ARB”yə qadağa bu səhnəyə görə qoyuldu – VİDEO

“ARB”yə qadağa bu səhnəyə görə qoyuldu – VİDEO

Prezident Ağdərədə sakinlərlə görüşdü – FOTO

Prezident Ağdərədə sakinlərlə görüşdü – FOTO

"Roşka" ilə bağlı qərar verildi

"Roşka" ilə bağlı qərar verildi

Səbinə Bağırova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Səbinə Bağırova yüksək vəzifəyə TƏYİN EDİLDİ

Məhkəmədə qanlı hadisə: Prokuror qadın hakimi silahla vurdu – FOTO/VİDEO

Məhkəmədə qanlı hadisə: Prokuror qadın hakimi silahla vurdu – FOTO/VİDEO

Rufo Gəncinski ilə bağlı əməliyyat - Saxlanılanlar var

Rufo Gəncinski ilə bağlı əməliyyat - Saxlanılanlar var

Nəsiminin icra başçısı buna görə işdən çıxarılıb

Nəsiminin icra başçısı buna görə işdən çıxarılıb

Qusarda avtomobil məktəbliləri VURDU - Xəsarət alanların SON DURUMU necədir?

Qusarda avtomobil məktəbliləri VURDU - Xəsarət alanların SON DURUMU necədir?

Dəniz sahilindən qadın meyiti tapıldı

Dəniz sahilindən qadın meyiti tapıldı

Əliağa Əzizova yüksək vəzifə verildi

Əliağa Əzizova yüksək vəzifə verildi

Azərbaycanın su təhlükəsizliyi STRATEGİYASI – Gələcək nəsillər üçün resurslar necə QORUNACAQ?

Azərbaycanın su təhlükəsizliyi STRATEGİYASI – Gələcək nəsillər üçün resurslar necə QORUNACAQ?

Xocalıda yanğına səbəb olan şəxs SAXLANILDI

Xocalıda yanğına səbəb olan şəxs SAXLANILDI

Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? – AÇIQLAMA

Ermənistan Qaragöl ətrafındakı postu Azərbaycana verir? – AÇIQLAMA

ARB-nin yayımı DAYANDIRILIR

ARB-nin yayımı DAYANDIRILIR

Rusiya klubu Sadiq Baqiyevi transfer etdi – FOTO

Rusiya klubu Sadiq Baqiyevi transfer etdi – FOTO

Çində robot YOL POLİSLƏRİ - FOTO

Çində robot YOL POLİSLƏRİ - FOTO

Rəqəmsal bankçılıqda yeni dövr: Bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Rəqəmsal bankçılıqda yeni dövr: Bütün bank əməliyyatlarınızı Birbank-da izləyin

Danimarka və Qrenlandiyanın XİN nazirləri ABŞ-a getdi – Gərgin görüş olacaq – VİDEO

Danimarka və Qrenlandiyanın XİN nazirləri ABŞ-a getdi – Gərgin görüş olacaq – VİDEO

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Bu avtobuslarda gedişhaqqı 90 qəpik oldu – RƏSMİ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Məktəb direktoru olmaq istəyənlərin DİQQƏTİNƏ

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib – FOTO

Oğuz RİH başçısının hesabat yığıncağı keçirilib – FOTO

Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

Bakıda orta məktəbdə istiliyin olmamasına AYDINLIQ GƏTİRİLDİ

End of content

No more pages to load

RADİO