COP29 vaxtı rayonlardan Bakıya giriş belə OLACAQ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq ediləcək. 

Bizim.Media Bakıvaxtı.az-a istinadla xəbər verir ki, COP29 günlərdə Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq.

Həmçinin, bölgələrdən gələn avtomobillər üçün şəhərin giriş postlarında yoxlamalar aparılmayacaq. 

Bakıda bir sıra küçə və prospektlər üzrə nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər. 

Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar. Beləliklə tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək. 

Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar. 
 

Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq. 


Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

End of content

No more pages to load

RADİO