Sertifikatlaşmış restoranlar COP29-un saytında mövcud xəritədə öz əksini tapacaq

COP29 Azərbaycan Əməliyyat Şirkəti və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin (AZSTANDART) birgə həyata keçirdiyi Bakı şəhəri ərazisində yerləşən ictimai iaşə obyektlərinin ekoloji dayanıqlılığının qiymətləndirilməsi layihəsi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, oktyabr ayının əvvəlindən icrasına başlanılmış müştərək layihənin məqsədi ictimai iaşə obyektlərinin ekoloji cəhətdən dayanıqlılığını təmin etmək üçün bu sahədə qüvvədə olan beynəlxalq və dövlət standartlarının tələblərini təşviq etmək, eləcə də dayanıqlı fəaliyyət standartlarına uyğun olaraq restoranların fəaliyyətinin qiymətləndirilməsi olub. Layihə çərçivəsində ölkədə ilk dəfə olaraq ISO standartlarının tələblərinə xüsusi uyğunlaşdırılmış qiymətləndirmə şkalası yaradılıb.
 

Qiymətləndirilmə prosesi layihənin məqsədlərinə uyğun olaraq müvafiq beynəlxalq və dövlət standartlarının tələbləri əsasında AZSTANDART tərəfindən ödənişsiz həyata keçirilib. Qiymətləndirmə enerji səmərəliliyi, sudan qənaətlə istifadə, tullantıların dayanıqlılıq standarlarına uyğun çeşidlənməsi və idarə olunması, işçilərin təhlükəsizlik qaydalarına riayət etməsi kimi bir sıra meyarlara görə aparılıb.


Layihə çərçivəsində qiymətləndirmədə iştirak edən və müvafiq meyarlara cavab verən bir sıra ictimai iaşə obyektlərinə xüsusi nişanlar təqdim olunub və onların dayanıqlılıq standartlarına uyğunluğu təsdiq olunub. Restoran girişində yerləşdiriləcək bu nişanlar qiymətləndirmə prosesindən uğurla keçmiş obyektlərin ekoloji dayanıqlılığını, müəyyən edilmiş meyarların tələblərinə uyğunluğunu və etibarlılığını təsdiq edəcək. Sertifikatlaşmış bu restoranlar, həmçinin COP29 rəsmi vebsaytında mövcud xəritədə də öz əksini tapacaq.

Əlavə edək ki, qiymətləndirmənin yekununda prosesdə iştirak etmiş hər bir ictimai iaşə obyektinə ekoloji dayanıqlılıq baxımından gələcək fəaliyyətlərinin təkmilləşdirilməsi və bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaları məqsədilə tövsiyələrdən ibarət hesabat təqdim olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Azərbaycan millisi Farer adalarına da böyük hesabla UDUZDU

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Hikmət Hacıyev Makronun müşaviri ilə ikitərəfli münasibətləri müzakirə edib - FOTO

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

Subay qalmaq riski olan BÜRCLƏR: Yoxlayın, onların arasındasınız

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

İlham Əliyev: "Biz öz milli qürurumuzu bərpa etdik”

Neftin qiyməti 109 dollara ÇATDI

Neftin qiyməti 109 dollara ÇATDI

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

DSX-nın hərbi hissələrində Novruz bayramı qeyd olunur - FOTO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - YENİLƏNİB/FOTO/VİDEO

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bu məktəbə yeni direktor TƏYİN EDİLDİ

Bakının bir sıra yollarında SIXLIQ VAR

Bakının bir sıra yollarında SIXLIQ VAR

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz ARTDI

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

Bakıdakı məşhur mağazadan oğurluq edən iki QADIN TUTULDU

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

ASCO-nun sədr müavinləri vəzifələrindən çıxarıldı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

"Media könüllüləri" proqramına yenidən qeydiyyat başladı

End of content

No more pages to load

RADİO