COP29 əleyhinə "X"-da saxta profillərdən koordinasiya olunmuş kampaniya aparılır - BİRGƏ MƏLUMAT - VİDEO

“X” sosial media platformasında Azərbaycan Respublikasında keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) əleyhinə genişmiqyaslı aktiv kampaniya aparan əksər profillərin koordinasiya olunmuş şəkildə və kütləvi formada saxta hesablardan istifadə etməsi faktları aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının və Medianın İnkişafı Agentliyinin birgə yaydığı açıqlamada qeyd edilib.
 

Bildirilib ki, saxta profillər #COP29 həştəqi altında eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa cəhd göstərir.


Saxta məlumatlar əsasında təşkil olunmuş bu fəaliyyətlərin əsas məqsədi COP29 ərəfəsində guya Azərbaycanın ev sahibliyi ilə bağlı kütləvi narazılığın olması illüziyasını yaratmaqdır.

Qeyd edək ki, bu ilin noyabrında Bakı şəhərində təşkil ediləcək COP29-la bağlı effektiv kommunikasiya strategiyası həyata keçirilir və ictimaiyyət operativ qaydada məlumatlandırılır.

Vətəndaşlarımızı və beynəlxalq ictimaiyyəti bu tip çaşdırıcı məlumatların təsirinə düşməməyə və yalnız rəsmi mənbələrdən əldə olunan informasiyaya istinad etməyə çağırırıq.

Azərbaycan Respublikası Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası və Medianın İnkişafı Agentliyi “X” sosial media platformasını saxta məlumatlar əsasında aparılan bu informasiya kampaniyasını araşdırmağa çağırır.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakıda, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Aeroport yolunda sürət həddi ENDİRİLDİ

Onlar sevdiklərini təəccübləndirirlər: Sürprizləri sevən 3 BÜRC

Onlar sevdiklərini təəccübləndirirlər: Sürprizləri sevən 3 BÜRC

Ceyhun Bayramov və Venesuelanın XİN başçısı arasında telefon danışığı olub

Ceyhun Bayramov və Venesuelanın XİN başçısı arasında telefon danışığı olub

Şəmkirdə 32 yaşlı kişi məhləsində ölü tapılıb

Şəmkirdə 32 yaşlı kişi məhləsində ölü tapılıb

Prezident: “Düşmən erməni təşkilatlarından 100 milyonlarla pul yığırdı, amma bir dollarını da bu ərazilərə qoymayıb”

Prezident: “Düşmən erməni təşkilatlarından 100 milyonlarla pul yığırdı, amma bir dollarını da bu ərazilərə qoymayıb”

“Kəpəz” gürcü müdafiəçi transfer etdi

“Kəpəz” gürcü müdafiəçi transfer etdi

Cəlilabadda məktəb direktoru idarə etdiyi avtomobillə piyadanı vurdu

Cəlilabadda məktəb direktoru idarə etdiyi avtomobillə piyadanı vurdu

Şəhid anasından Prezidentə TƏSİRLİ SÖZLƏR: “Oğlum məni Sizə əmanət edib”

Şəhid anasından Prezidentə TƏSİRLİ SÖZLƏR: “Oğlum məni Sizə əmanət edib”

Qusarda məktəbliləri vuran avtomobilin sürücüsü MƏLUM OLDU

Qusarda məktəbliləri vuran avtomobilin sürücüsü MƏLUM OLDU

Şəmkirdə İNSİDENT: Türkmənistan vətəndaşı xəstəxanalıq oldu

Şəmkirdə İNSİDENT: Türkmənistan vətəndaşı xəstəxanalıq oldu

İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - FOTO

İlham Əliyev Ağdərə rayonunda Xüsusi Əməliyyat Mərkəzinin təməlini qoyub - FOTO

Sabunçuda ƏMƏLİYYAT: 22 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO

Sabunçuda ƏMƏLİYYAT: 22 kiloqramdan çox narkotik aşkarlandı - VİDEO

İlham Əliyev: “Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”

İlham Əliyev: “Ağdərənin gələcək inkişafı çox parlaq olacaq”

Prezident: “Son 80 il ərzində Azərbaycan kimi tam Qələbə qazanan ikinci ölkə olmayıb”

Prezident: “Son 80 il ərzində Azərbaycan kimi tam Qələbə qazanan ikinci ölkə olmayıb”

İş adamı Adnan Əhmədzadənin həbs müddəti UZADILDI

İş adamı Adnan Əhmədzadənin həbs müddəti UZADILDI

Dövlət başçısı: ”Şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”

Dövlət başçısı: ”Şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağıq”

Prezident: “Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır”

Prezident: “Hər ay Qarabağa qayıdan vətəndaşların sayı artır”

İlham Əliyev: “Əminəm ki, bundan sonra müharibə olmayacaq”

İlham Əliyev: “Əminəm ki, bundan sonra müharibə olmayacaq”

Qusarın Xuray kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

Qusarın Xuray kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi - FOTO

İlham Əliyev Ağdərənin Baş planı ilə tanış oldu - FOTO

İlham Əliyev Ağdərənin Baş planı ilə tanış oldu - FOTO

Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin sabiq idarə rəisi ilə bağlı QƏRAR

Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin sabiq idarə rəisi ilə bağlı QƏRAR

Rza Cəfərov “Neftçi”də QALACAQ

Rza Cəfərov “Neftçi”də QALACAQ

Tarixi və mədəni məsuliyyət - Ana dilimizin qorunması ZƏRURƏTİ

Tarixi və mədəni məsuliyyət - Ana dilimizin qorunması ZƏRURƏTİ

“ARB”yə qadağa bu səhnəyə görə qoyuldu – VİDEO

“ARB”yə qadağa bu səhnəyə görə qoyuldu – VİDEO

End of content

No more pages to load

RADİO