COP29-da radiotezlik komandasının işinə dəstək göstərəcək könüllülərə təlimlər KEÇİRİLDİ - FOTO

Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri çərçivəsində Dövlət Radiotezliklər İdarəsi (DRİ) və İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən radiotezlik sahəsində görüləcək işlərin aparılmasında iştirak edəcək könüllülərə təlimlər keçirilib.

Bizim.Media Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, DRİ və İKTA-nın müvafiq rəhbər şəxsləri və aidiyyəti mütəxəssisləri tərəfindən keçirilən təlimlər COP29-un Könüllülər Mərkəzində gün ərzində 2 dəfə növbəli şəkildə təşkil olunub.

Təlim proqramına əsasən, könüllülərə COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda və ətraf ərazilərdə istifadə olunacaq radioelektron vasitələri (REV) və radiotezlik komandası tərəfindən istifadə olunacaq radiomonitorinq avadanlıqları barədə ətraflı məlumat verilib.
 

Eyni zamanda, COP29 Radiospektrin idarə edilməsi portalı vasitəsilə müvafiq avadanlıqların qeydiyyatı, etiketlənməsi və bu proseslərin əhəmiyyəti barədə təqdimatlar edilib.


İnteraktiv formada təşkil olunan təlimlərdə könüllülərə COP29 tədbiri üçün akkreditə olunmuş yerli və xarici istifadəçi qrupları tərəfindən məkana gətiriləcək simsiz avadanlıqların qeydiyyatının və etiketlənməsinin yoxlanılması, məlumat mərkəzlərinə yönləndirilməsi və digər proseslərlə bağlı zəruri köməkliyin göstərilməsi üçün lazım olan prosedurlar izah olunub.

Təlim müddətində tədbir zamanı istifadə ediləcək radiomonitorinq avadanlıqlarının iş prinsipi nümayiş etdirilib və könüllülər tərəfindən ünvanlanan suallar cavablandırılıb.

Keçirilmiş təlimlər könüllülərin bilik və bacarıqlarını artırmaqla yanaşı, müvafiq avadanlıqlara və praktiki işlərə dair daha ətraflı anlayış əldə etmələrində də faydalı olub.

Qeyd edək ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

Prezidentin sosial media hesablarında Xanobaya səfəri ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Oğlu başqa ölkədə yaşayacaq

Oğlu başqa ölkədə yaşayacaq

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Xarici qüvvələrin OYUNCAQLARI - Tural Abbaslı söyüş blogerlərinin feyk kampaniyasından DANIŞDI

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

Pezeşkian İranın kəşfiyyat nazirinin öldürüldüyünü TƏSDİQLƏDİ

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

“Turan Tovuz”un futbolçuları milli komandaya ÇAĞIRILDI

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

Ramazanın 29-cu GÜNÜ: İftar və imsak vaxtları, günün duası

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

F.S. qarayaxma kampaniyasındakı görüntülərin saxta olduğunu belə etiraf etdi – VİDEO

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

AYB-nin Həmkarlar İttifaqına yeni sədr SEÇİLDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Riçard Almeyda Braziliyada klubunu DƏYİŞDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana GƏTİRİLDİ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Xırdalanın bəzi ərazilərində İŞIQ OLMAYACAQ

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

Balakəndə avtoxuliqanlıq edən sürücü HƏBS OLUNDU

End of content

No more pages to load

RADİO