Mütəxəssis COP29-da müzakirə olunmalı əsas tibbi istiqamətləri açıqlayıb

İqlim dəyişikliklərinin ən çox təsir etdiyi sahələrdən biri də səhiyyə sektorudur.

Mütəxəssislər də çirkli havanın, yüksək temperaturun insan orqanizminə təsirsiz ötüşmədiyini, dəyişikliklər nəticəsində bəzi xəstəliklərin sayında artım və ağırlaşmaların müşahidə edildiyini təsdiqləyirlər. 

Qlobal istiləşmənin yaratdığı fəsadların sağlamlığa mənfi təsirləri müəyyən xəstəlikləri artırmaqla səhiyyə sisteminin daha çox yüklənməsinə səbəb olur və bu təsirlərin qarşısı alınmasa, gələcəkdə daha da artacağı proqnozlaşdırılır. Bu baxımdan Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında sağlamlıq, tibbi mövzularda panel müzakirələrin aparılmasının vacibliyi xüsusilə vurğulanır. 

İqlim dəyişikliyi hansı xəstəliklərə səbəb olur?

Almaniyanın Bad Salzungen şəhər xəstəxanasının qulaq, burun, boğaz və üz plastik cərrahiyyə şöbəsinin müdiri, Yena Universitetinin doktorantı Cavid Hüseynzadə Bizim.Media-ya açıqlamasında bildirib ki, iqlim dəyişikliklərinin və çirkli havanın insan orqanizminə bir sıra ciddi mənfi təsirləri var. 

Onun sözlərinə görə, havanın çirklənməsi, xüsusilə, incə hissəciklərin (PM2.5) və digər toksik maddələrin miqdarının artması, tənəffüs yolu, ürək-damar və xroniki ağciyər xəstəliklərinə səbəb ola bilər: 

“Bu cür hava, oksidləşdirici stres və iltihab reaksiyalarını artıraraq, hüceyrə səviyyəsində zədələnməyə və immunitet sisteminin zəifləməsinə səbəb olur. Havanın temperaturunun artması və iqlim dəyişikliyi vektoru yayan xəstəliklərin artmasına da gətirib çıxarır. Bura malyariya, Zika virusu və digər ağcaqanad növləri yayılan xəstəliklər daxildir. Bundan əlavə, gün vurması, dehidrasiya və istiliyə bağlı digər xəstəliklərin də artmasına səbəb ola bilər”. 

Hansı məqamlara diqqət etmək vacibdir?

Həkim qeyd edib ki, allergik xəstəliklərin, o cümlədən, astmanın tezliyi də yüksək temperatur və havanın çirklənməsi nəticəsində artmaqdadır. Mütəxəssis allergik astmanın artmasının səbəblərindən birinin iqlim dəyişikliyi nəticəsində bitkilərin çiçəklənmə dövrlərinin, tozcuq səviyyələrinin dəyişməsi və uzanması olduğunu vurğulayır. 

“Qabaqlayıcı tədbirlər kimi, xəstələr mümkün qədər çirkli havadan uzaq durmalı, evdə hava filtrlərindən istifadə etməli və allergenlərə məruz qalmalarını minimuma endirməlidirlər. Erkən yaşlarda profilaktika məqsədilə düzgün qidalanma, güclü immun sistemini dəstəkləyən mühitdə yaşamaq və çirkli havadan qaçmaq vacibdir”, - deyə o əlavə edib.

C.Hüseynzadə qlobal istiləşmənin burun, qulaq və boğaz xəstəliklərinin artmasına səbəb ola biləcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, çirkli hava xroniki rinosinusit, boğaz infeksiyaları və qulaq problemlərinin artmasına gətirib çıxara bilər. Xüsusilə incə hissəciklərin və havada olan allergenlərin tənəffüs yollarına zərərli təsirləri bu xəstəliklərin tez-tez təkrarlanmasına səbəb olur.

“COP29 çərçivəsində tibbi müzakirələrin aparılması labüddür”

Şöbə müdiri də qeyd edib ki, qlobal istiləşmənin insan orqanizminə, sağlamlığa təsirləri mövzusunun prioritet olduğunu nəzərə alaraq Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri ilə üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında bu istiqamətdə tibbi müzakirələrin aparılması da labüddür: 

“COP29 konfransında diqqət çəkilməli vacib məqamlardan biri də iqlim dəyişikliyinin xüsusən  tənəffüs yolu və infeksion xəstəliklərin artmasına və yayılmasına təsirləri ilə bağlı olmalıdır: “Eyni zamanda, iqlim dəyişikliklərinin təsirlərinə məruz qalan populyasiyaların qorunması, tibbi xidmətlərdə adaptasiya planları və fəsadları yüngülləşdirmək üçün səhiyyə sisteminin gücləndirilməsi mühüm mövzulardır. Bu istiqamətlərdə müzakirələrin aparılması, müəyyən nəticəyə gəlinməsi və qərarların verilməsi, həmçinin öhdəliklər götürülərək əməli addımların atılması vacibdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

"Altıncı ildir ki, Novruz bayramını Qarabağda qeyd edirəm" - Prezident

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

ABŞ-ın Milli Kəşfiyyat rəhbəri: “Ölkəni 16 mindən çox nüvə raketi təhdid edəcək”

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qeyri-rəsmi nikahda olduğu 16 yaşlı qızı boğaraq Kürə atan şəxsin cəzası AĞIRLAŞDIRILDI

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

Qusarda rayon rəhbərliyinin iştirakı ilə iftar süfrəsi təşkil olunub - FOTO

“Real”da CİDDİ İTKİ

“Real”da CİDDİ İTKİ

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

Vens: “Tramp bizi uzunmüddətli və uzanan münaqişələrə cəlb etməkdə maraqlı deyil”

End of content

No more pages to load

RADİO