COP29-un ilk rəsmi tərəfdaşları AÇIQLANDI

Azərbaycanda keçiriləcək COP29-un ilk rəsmi tərəfdaşları açıqlanıb. Onların arasında Strateji təsir üzrə Tərəfdaş “PASHA Holding” və Dayanıqlı inkişaf üzrə Tərəfdaş “Azersun Holding” kimi Azərbaycan şirkətləri yer alır. Bu tərəfdaşlıq sözügedən şirkətlərin dayanıqlı fəaliyyət və qlobal iqlim hədəflərinə kollektiv sadiqliyini nümayiş etdirir.

COP29 Əməliyyat Şirkətinin mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, yerli tərəfdaşlar Azərbaycanın Milli Öhdəlik Proqramında iştirak edir. 

Bu proqramın məqsədi COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən təklif olunan məsləhət və təlim sessiyalarında iştirak etməklə, peşəkar bacarıqları və resursların idarə olunmasını artırmaq üçün iqlim hədəflərinə nail olunması, gələcək ekoloji, sosial və korporativ idarəetmə (ESG) strategiyalarının formalaşdırılması və yerli tərəfdaşlıq meyarlarına uyğunluq baxımından Azərbaycan şirkətlərinin daxili potensialının qiymətləndirilməsidir.

Yaradılan bu imkandan istifadə etməklə, Tərəfdaşlar qlobal iqlim siyasəti ilə bağlı fəaliyyətlərini genişləndirəcək, dayanıqlılıq üzrə səylərini ön plana çıxaracaq və öz əsas biznes sahələrində iqlim fəaliyyətinə keçidi dəstəkləyəcəklər.

Bakıda keçiriləcək COP29 tədbirinin tərəfdaşı olmaqla, bu şirkətlər ekoloji siyasətlərinin təkmilləşdirilməsində və 1,50C hədəfi baxımından qlobal icmalara dəstək göstərilməsində oynadıqları mühüm həlledici rolu nümayiş etdirə bilərlər.

COP29-da sözügedən Tərəfdaşlara builki sərgilərdə iştirak edən qlobal şirkətlər də qoşulacaq. Bu şirkətlər arasında iqlim baxımından təmiz məhsul və müvafiq həll variantlarını nümayiş etdirən müxtəlif təşkilatlar da yer alır.

Tərəfdaşların birgə səyləri sayəsində COP29 Yaşıl Zona iqlim fəaliyyətlərinin təşviqi üçün bütün maraqlı tərəflərin bir araya gələrək təcrübə və bilik mübadiləsi apardıqları platformaya çevriləcək. Öz məhsul və xidmətlərini sərgiləyəcək əsas beynəlxalq təşkilatlarla yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminarlar, brifinqlər, şəbəkələşmə imkanları və musiqi tədbirləri kimi geniş fəaliyyətləri ehtiva edən məqsədyönlü proqramlar da keçiriləcək.

Tədbirə qatılan şirkətlər üçün yaradılmış imkanlar arasında daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral auditoriya zallarında tədbir keçirmək üçün rezervasiya variantları da mövcuddur. Bundan başqa, ikitərəfli və çoxtərəfli görüş otaqları da əməkdaşlıq, bilik mübadiləsi və şəbəkələşmə imkanlarını təklif edir.

"Mən “Pasha Holding” və “Azersun Holding” şirkətlərini Azərbaycanda keçiriləcək COP29 tədbirində ilk rəsmi tərəfdaşları kimi salamlayıram. Builki COP beynəlxalq iqlim siyasətlərinin müzakirəsi, iqlim fəaliyyətinin təşviqi və həm dayanıqlı, həm də davamlı gələcəknaminə qlobal əməkdaşlıq üçün mühüm platforma olacaq. Tərəfdaşlarımız COP29 çərçivəsində bu ambisiyanı həyata keçirməyimizə dəstək baxımından mühüm rol oynayacaqlar və biz faydalı iqlim fəaliyyəti naminə sıx əməkdaşlıq edəcəyimizə ümid bəsləyirik”, - COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova tərəfdaşlarının elan edilməsi ilə bağlı qeyd edib.

“PASHA Holding” şirkətinin Direktorlar Şurasının sədr müavini Mir Camal Paşayev bildirib ki, COP29 tədbiri “PASHA Holding” şirkəti tərəfindən həyata keçirilən dayanıqlılıq fəaliyyətləri baxımından mühüm rol oynayacaq:

"Bu səbəbdən, biz bu il Bakıda keçiriləcək COP29 konfransının Strateji təsir üzrə Tərəfdaşı olmaqdan qürur duyuruq. Biz daha çox məlumat toplamaq və təcrübə mübadiləsi aparmaq üçün dünya liderləri və maraqlı tərəflərlə çalışmağa, eləcə də daha firavan və dayanıqlı dünya naminə konstruktiv əməkdaşlıq və irəliləyiş imkanlarını araşdırmağa can atırıq”.

“Azersun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl bildirib ki, COP29 tədbirinin tərəfdaşı olmaq “Azersun” şirkətinin dayanıqlılığa olan sarsılmaz əzmkarlığının göstəricisidir: "İnanırıq ki, qlobal liderlərlə birlikdə çalışmaqla, biz əhəmiyyətli dəyişikliyə nail ola və hamımız üçün daha dayanıqlı gələcəyə töhfə verə bilərik. Biz səbirsizliklə COP29 Yaşıl Zonasında keçirəcəyimiz görüş və fəaliyyətləri gözləyirik.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

Elşad Miri: “Həccə gedib-gəlməyim məni insan kimi dəyişdirməyibsə, ora getməyimin…”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”

Bakcell və Visa tərəfdaşlığa başlayır

Bakcell və Visa tərəfdaşlığa başlayır

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Düşmənin dayaq məntəqəsində 5 ildən sonra nələr tapıldı? – VİDEO

Sabah hava necə olacaq? – PROQNOZ

Sabah hava necə olacaq? – PROQNOZ

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

“Çox yalnızam, sevgilim yoxdur”

“Çox yalnızam, sevgilim yoxdur”

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Mətbəxinizdə varsa, dərhal atın

Mətbəxinizdə varsa, dərhal atın

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Biləcəridə işıq kəsiləcək

Biləcəridə işıq kəsiləcək

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

End of content

No more pages to load

RADİO