Yaşıl Zona Cop29 çərçivəsində özəl sektorun inkişafını sürətləndirmək əzmindədir

Azərbaycanda keçiriləcək COP29 konfransının xüsusi məkanı - Yaşıl Zona yüksək səviyyəli tədbir təşkilatçılığı və proqramlaşdırma, eləcə də texnoloji innovasiya və qlobal məzmun tərəfdaşlığının vəhdəti sayəsində builki konfransın öz aktuallığını uzun müddət qoruyub saxlamasına böyük töhfə verəcək.

Bizim.Media xəbər verir ki, bütün dünya ilin ən mühüm iqlim tədbiri üçün Bakıda toplaşır və belə bir vaxtda Yaşıl Zona maraqlı tərəflərin iqlim fəaliyyətinə əlavə təkan vermələri üçün qarşılıqlı əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi apara biləcəkləri platformaya çevriləcək.

Aparıcı qlobal təşkilatlar tərəfindən məhsul və xidmətlərin nümayişi ilə yanaşı, Yaşıl Zonada həmçinin müxtəlif təqdimatlar, seminar və brifinqlərin, habelə musiqi və mədəniyyət tədbirlərindən ibarət bir sıra məqsədyönlü proqramların keçirilməsi planlaşdırılır.

Pavilyonlar və sərgi stendlərindən ibarət olan, ümumi sahəsi 36 000 m2 sahəni əhatə edən Yaşıl Zona tədbir zamanı Tərəflər Konfransının rəsmi iclaslarının keçiriləcəyi Mavi Zonadan bir neçə yüz metr aralıda yerləşir.

Bu il Yaşıl Zona yeni virtual iştirak kanalları sayəsində öz əhatə dairəsini daha da genişləndirəcək və bu, yüksək karbon emissiyalı səfərlərə olan ehtiyacı minimuma endirməklə yanaşı, COP tədbirini bu layihəyə cəlb edilmiş qlobal auditoriyanın əl telefonlarına, eləcə də kompüter, televizor ekranlarına və qapılarına qədər aparacaq.

Builki Yaşıl Zonanın əsas xüsusiyyətləri aşağıdakıları ehtiva edir:

- Həm Azərbaycandan, həm də müxtəlif dünya ölkələrindən şaquli bizneslərin geniş çeşidini təmsil edən aparıcı özəl sektor nümayəndələri, hökumət təşkilatları, BHT (Beynəlxalq Hökumət Təşkilatları) və QHT-lər iqlim fəaliyyətləri ilə bağlı ən son məhsulları, həll variantlarını və layihə üzrə işlərin gedişatını təqdim və nümayiş etdirəcəklər;

- Nüfuzlu spikerlər, xüsusi seminar və sərgi zonaları, yaradıcı şəxslər üçün studiyalar və şəbəkələşmə sahələri vasitəsilə həm gənclər, həm də digər iştirakçılar arasında əlaqələndirmənin gücləndirilməsinə xidmət edən innovativ “ekstremal görüş” zonası;

- İlk dəfə yayımlanan unikal “Daily show” verilişi: COP29-un mərkəzindən yayımlanan və yüksək səviyyəli qonaqlardan ibarət müxtəlif qrupları, eləcə də dinamik məzmunu özündə əks etdirən unikal veriliş. Bu televeriliş konfrans barədə məlumatların Bakının hüdudlarından xeyli uzaqlarda yayılması üçün bir sıra xəbər agentlikləri vasitəsilə bütün dünyada yayımlanacaq;

- Qabaqcıl texnologiya və canlı yayım xidmətləri: təşkilatların səmərəli iştirakını və əhatə dairəsinin genişləndirilməsini təmin edəcək, onların tədbirin hüdudlarından uzaqlarda yerli, regional və beynəlxalq auditoriyalarla əlaqələndirilməsinə şərait yaradacaq;ˇ

- Peşəkar yayım və audio-vizual məzmunların hazırlanma proseslərinin idarə edilməsi üzrə xidmətlər: tədbir məkanında cərəyan edən hadisələrin məzmununu lentə alaraq sinxron şəkildə yayımlanmasını təmin edəcək;

Artıq bu dinamik mərkəzdə fərdi konfrans və iclas otaqlarını COP29-un onlayn portalında bron etmək mümkündür. Təşkilatlar daha rahat vizual təmas və daha çox fiziki iştirakın təmin olunmasına xidmət edən teatral formatda olan və yüksək dəqiqlikli audio-vizual avadanlıqlarla təchiz olunmuş həm orta, həm də geniş miqyaslı görüş və tədbirlər üçün dizayn edilmiş konfrans otaqlarını bron edə bilər. Bununla yanaşı, dörd, səkkiz və ya on iki nəfərlik qrupların qapalı görüşləri üçün korporativ (B2B) iclas otaqları da mövcuddur. Gözlənilən yüksək tələbatı nəzərə alaraq, iclas otaqlarının ayrılması zamanı COP29-un tərəfdaşları və sərgi iştirakçılarına üstünlük veriləcək.

İctimaiyyət nümayəndələri iqlim sahəsində aparıcı simaları və tərəfdaşları dinləmək, həmçinin iqlim müzakirəsinə fikir bildirməklə töhfə vermək üçün Yaşıl Zonada iştiraka dəvət olunacaqlar.

Ödənişsiz biletlərin noyabrın əvvəlindən etibarən əldə edilməsi mümkün olacaq.

Yaşıl Zonanın qurulmasını şərh edən COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bunları bildirib: “Dünyanın ən əhəmiyyətli iqlim konfransı kimi tanınan COP29 dayanıqlı və davamlı gələcəyə nail olmaq üçün beynəlxalq iqlim siyasətinin müzakirəsi, iqlimlə bağlı fəaliyyətlərin inkişafı və qlobal əməkdaşlığın təşviqi üçün əsas platforma rolunu oynayacaq. Builki Yaşıl Zona ilə bağlı planlarımız həm özəl, həm də dövlət sektorlarını təmsil edən təşkilatlara iqlim fəaliyyətinə əlavə təkan vermək məqsədilə bir-birləri ilə əlaqə quraraq fikir, təcrübə və bilik mübadiləsi aparmaq üçün müxtəlif ideal imkanlar təqdim edir.”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Avtomobil gətirmək adı ilə yarım milyonluq dələduzluq – VİDEO

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Bakıdakı qəzalı binaların sayı AÇIQLANDI

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Tanınmış aktrisanın barda içkisinə nəsə qatdılar – SONRA İSƏ… - FOTO

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Bu ərazidən “28 May” metro stansiyasınadək tramvay xətti çəkiləcək

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Pomidoru niyə soyuducuda saxlamaq olmaz?

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Mehriban Zəkinin dələduzların hədəfinə çevrilməsi ilə bağlı “Kapital Bank”dan AÇIQLAMA– FOTO

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

Naxçıvandan keçən dəmir yolunun tikintisinə BAŞLANILACAQ

“Çox yalnızam, sevgilim yoxdur”

“Çox yalnızam, sevgilim yoxdur”

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Formula-1 pilotu söyüş söydüyünə görə CƏZALANDIRILDI

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Xəstəxanada iynə vurulan 72 yaşlı qadın DÜNYASINI DƏYİŞDİ

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Seçkiöncəsi mübarizə kəskinləşir – Ermənistandakı son vəziyyətlə bağlı İşxan Verdyandan ÖZƏL AÇIQLAMA

Mətbəxinizdə varsa, dərhal atın

Mətbəxinizdə varsa, dərhal atın

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Bakıda bu ərazidə evlər PLANA DÜŞDÜ - 2700 AZN kompensasiya veriləcək

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Putin Qırğız dilində “Salam, əsgər!” dedi – VİDEO

Biləcəridə işıq kəsiləcək

Biləcəridə işıq kəsiləcək

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

Restoranlar toylarda Monqolustan və Ukrayna ətləri verir - Toy sahibləri ALDADILIR

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

“Napoli” – “Qarabağ” matçının ən yaxşısı MƏLUM OLDU

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Valideyn-övlad münasibətlərində QIRMIZI XƏTT – Həddindən artıq fədakarlığın ACI NƏTİCƏLƏRİ

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

Aktyor həyat yoldaşına ev hədiyyə etdi

Kiyev ABŞ-ın planını qəbul etməyə hazırdır, amma 3 maddəni rədd edir - FOTO

Kiyev ABŞ-ın planını qəbul etməyə hazırdır, amma 3 maddəni rədd edir - FOTO

Ermənistan rəsmiləri Bakıya GƏLDİ - FOTO

Ermənistan rəsmiləri Bakıya GƏLDİ - FOTO

Həyat yoldaşına xəsarət yetirərək ölkədən qaçdı - Çində saxlanıldı

Həyat yoldaşına xəsarət yetirərək ölkədən qaçdı - Çində saxlanıldı

SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?

SSRİ bayrağı ilə yürüşə cəhd edən İbrahim Əsədli kimdir?

Alimlər bu it cinslərində canavar DNT-sini AŞKARLADILAR

Alimlər bu it cinslərində canavar DNT-sini AŞKARLADILAR

End of content

No more pages to load

RADİO