COP29 Sədrliyinin təşəbbüsü ilə İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq keçirilib - FOTO

Sentyabrın 3-də Bakıda COP29 sədri qismində Azərbaycanın təşəbbüsü ilə “İqlim Şəffaflığı üzrə Yüksək Səviyyəli Dialoq” keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirdə ümumilikdə 120-dən çox ölkə və beynəlxalq təşkilatlardan yüksək səviyyəli rəsmilər, o cümlədən Türkiyə, Özbəkistan, Yaponiya, Gürcüstan, Qazaxıstan, Braziliya, Qırğızıstanın nazir və nazir müavinləri, UNFCCC-nin icraçı katibi, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin müavini, Avropa İttifaqı, Avstraliya, Norveç, İsveçrə, Almaniya, Birləşmiş Krallıq, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ölkələrin iqlim üzrə baş danışıqçıları və digər nümayəndələr iştirak ediblər.

Dialoqda açılış nitqi ilə çıxış edən COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə əməkdaşlığın önəmini vurğulayıb.

O, bu il ilk dəfə təqdim ediləcək İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) iqlim dəyişmələri sahəsində görülən işlərin obyektiv qiymətləndirilməsində mühüm rol oynadığını bildirib. 

Bu hesabatlar Paris Sazişi çərçivəsində ölkələrin öhdəliklərini yerinə yetirməsində önəmli rol oynayacaq, eyni zamanda, iqlim dəyişmələri ilə mübarizə istiqamətində həyata keçirilən fəaliyyətləri daha da gücləndirərək, qlobal səviyyədə bu səylərə əhəmiyyətli töhfə verəcək.

Dialoq çərçivəsində Azərbaycanın COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində mühüm irsi olacaq “Bakı Qlobal İqlim Şəffaflığı Platforması” (Baku Global Climate Transparency Platform/BTP) təqdim edilib.

COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev çıxışında bu platformanın əsas məqsədinin qlobal səviyyədə iqlim şəffaflığı üzrə əməkdaşlığı gücləndirmək, ölkələr arasında etimad mühitini formalaşdırmaq və inkişaf etməkdə olan ölkələrə BTR-lərin hazırlanması prosesində dəstək verməkdən ibarət olduğunu vurğulayıb.

Bildirib ki, platforma, eyni zamanda, Paris Sazişi çərçivəsində Genişləndirilmiş Şəffaflıq Çərçivəsinin (Enhanced Transparency Framework/ETF) tətbiqini dəstəkləyərək universal iştirakın təmin olunmasına töhfə verəcək.

Tədbir çərçivəsində, həmçinin COP29 sədrliyinin iqlim şəffaflığı sahəsində apardığı qlobal səylərə əlavə töhfə vermək məqsədilə təyin edilmiş COP29-un iqlim şəffaflığı üzrə yüksək səviyyəli nümayəndələrinin təqdimatı olub.
 

Tədbirdə çıxış edən nazir və nazir müavinləri, eləcə də digər yüksək səviyyəli rəsmilər iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərin gücləndirilməsinə, şəffaflığın artırılmasına və ölkələr arasında etimad mühitinin yaradılmasına Azərbaycan tərəfindən verilən töhfələrin mühüm əhəmiyyətini vurğulayıb, COP29 sədri qismində ölkəmiz tərəfindən irəli sürülmüş Bakı Qlobal İqlim Şəffaflığı Platformasına (BTP) dəstəklərini ifadə ediblər.


Qeyd edək ki, tədbirin məqsədi iqlim şəffaflığı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsindən, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tərəf ölkələr arasında etimad mühitinin formalaşdırılmasına dəstək verilməsindən, İkiillik Şəffaflıq Hesabatlarının (Biennial Transparency Report/BTR) hazırlanmasından və bu istiqamətdə ölkələrə dəstəyin verilməsinin təşviqindən ibarət olub.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO