“2009-cu ildə keçirilən COP zamanı qəbul edilən qərara görə, inkişaf etmiş dövlətlər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan dövlətlərə 100 milyard dollar yardım etməlidir”.
Bizim.Media xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda keçirilən media seminarında deyib.
O bildirib ki, bu il COP29-da əsas hədəf bu yardımın yuxarı həddini müəyyənləşdirməkdir.
Günay Şahmar, Bizim.Media