COP29-la bağlı beynəlxalq sənədli film müsabiqəsi elan EDİLDİ

COP29 Azərbaycan Əməliyyat Şirkəti qlobal iqlim problemləri və onların həll yollarına geniş ictimaiyyətin diqqətinin cəlb olunmasına istiqamətində fəaliyyətin davamı olaraq beynəlxalq sənədli film müsabiqəsi layihəsini təqdim edir.

Bizim.Media xəbər verir ki, Əməliyyat Şirkətinin mətbuat xidmətindən bildirilib ki, “Dəyişikliyin sədaları: Qlobal iqlim fəaliyyətinə baxış” adlı müsabiqədə iştirak üçün dünyanın istənilən ölkəsindən sənədli film çəkilişləri sahəsində təcrübəsi olan şəxs və şirkətlər dəvət olunurlar.

Təşəbbüsün əsas məqsədi qlobal iqlim fəaliyyətinin gündəmdə saxlanılması, ətraf mühit problemlərinin həllinə yönələn kollektiv səylərin səsinə səs verməkdir. Belə ki, layihə sənədli film müəlliflərinin yaradıcı potensialını aktual iqlim mövzularına yönəldərək, bu sahədə fəaliyyət göstərən şirkət və şəxslər üçün iqlim problemlərinin həllində öz kreativ yanaşmalarının tətbiqi üzrə təşviqat platforması olacaq. Müsabiqə dayanıqlı iqlim gələcəyinə doğru atılan addımlarda praktiki fəaliyyətin yaradıcı ideya və yanaşmalarla dəstəklənməsi baxımından da mühüm əhəmiyyət kəsb edir.

Müsabiqənin əsas mövzuları biomüxtəliflik və ekosistemlərin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması, gender və ətraf mühit məsələlərinin təsirləri, yerli bilik və təcrübələr, bərpaolunan enerji həlləri kimi müxtəlif istiqamətləri əhatə edir. Videomateriallar ümumilikdə 5 fərqli nominasiya üzrə müxtəlif əhatəli meyarlar üzrə ixtisaslaşmış ekspert komissiyası tərəfindən qiymətləndiriləcək.

Müsabiqənin şərt və tələbləri barədə ətraflı məlumat COP29 rəsmi veb-səhifəsindən əldə edilə bilər. Qeyd olunmuş tələblərə cavab verən videoməhsullar sentyabrın 15-dək [email protected] elektron poçt ünvanına göndərilməlidir. Layihənin yekununda tam və qısametrajlı kateqoriyalarda qalib olan filmlər noyabrda Bakıda keçiriləcək COP29 konfransında, eyni zamanda, COP29-un rəsmi veb-saytında və sosial media hesablarında nümayiş etdiriləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO