COP29 komandası Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edib.
Bizim.Media xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında məlumat paylaşılıb.
“Budapeştdə keçirilən ətraf mühit nazirlərinin qeyri-rəsmi görüşündə COP29 komandası qlobal istiləşməni 1,5 dərəcədən aşağı saxlamaq üçün erkən tədbirlərin əhəmiyyətindən və noyabrda keçiriləcək iqlim konfransı öncəsi strateji prioritetlərdən danışıb”, - deyə paylaşımda qeyd edilib.
Bizim.Media