Bakıda COP29 çərçivəsində Parlament iclası keçiriləcək

İyulun 11-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası keçirilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak edib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Forumda çıxış edərək, parlament platformasında əməkdaşlığın əhəmiyyəti, həmçinin BRICS-ə üzv ölkələr arasında əməkdaşlıq məsələləri barədə fikirlərini bildirib.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda çıxış edərək, Parlament Forumunun dialoq və əməkdaşlıq üçün mühüm platforma olduğunu söyləyib.
O, tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlayıb. Keçmiş məcburi köçkünlər artıq öz dədə-baba yurdlarına geri qayıdırlar. Hazırda Azərbaycan və Ermənistan Cənubi Qafqaz regionuna uzunmüddətli sülh və sabitlik gətirəcək normallaşma prosesini davam etdirirlər.

“Təəssüflər olsun ki, həqiqi sülhün mümkünlüyü artdıqca, biz selektiv yanaşmaların, ikili standartların, müdaxilə cəhdlərinin yenidən gündəmə gəlməsinin şahidi oluruq”, – deyən S.Qafarova qeyd edib ki, bizim regionumuzda bu yanaşma Fransa tərəfindən aşkar şəkildə tətbiq olunur. O vurğulayıb ki, bu ölkə müxtəlif bəhanələrlə regional dinamikaya müdaxilə etməyə, Cənubi Qafqazı qarşıdurma və özünün biabırçı neokolonial təcrübələr meydanına çevirməyə çalışır.

Lakin Azərbaycanın nümayiş etdirdiyi sərt və qəti mövqe hər hansı belə cəhdin qarşısını qətiyyətlə qalır.

Milli Məclisin sədri deyib ki, beynəlxalq sistemin səmərəliliyinin təmin edilməsi qarşılıqlı faydaya əsaslanan ədalətli münasibətlərin qurulmasını, bir-birinə hörmət edilməsini və həqiqi çoxtərəfliliyin gücləndirilməsini tələb edir. Azərbaycan öz xarici siyasətində bu prinsipləri rəhbər tutaraq, həm ikitərəfli əlaqələrində, həm də çoxtərəfli formatlarda dialoq, əməkdaşlıq və həmrəyliyi təşviq edir. Onun sözlərinə görə, bu prinsiplər həm də BRICS üçün fəaliyyət prioritetləridir. Azərbaycan artıq BRICS-ə qoşulmaq arzusunu ifadə edib. Diqqətə çatdırılıb ki, bu kontekstdə əməkdaşlığın gücləndirilməsi ortaq məqsədlərimizə xidmət edəcək.

Sahibə Qafarova BRICS ölkələrinin X Parlament Forumunun plenar sessiyasında çıxışı zamanı bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında məlumat verib. Spiker deyib ki, ölkəmizin bu mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli səviyyədə deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.

Parlamentləri iqlim böhranının həlli yollarının tapılmasında fəal olmağa səsləyən Milli Məclisin sədri iştirakçıları Azərbaycan Respublikasının Milli Məclisinin Parlamentlərarası İttifaqla birlikdə COP29 çərçivəsində keçiriləcək Parlament iclası barədə məlumatlandırıb. O vurğulayıb ki, bu görüş parlamentarilər üçün fikir mübadiləsi aparmaq və iqlim dəyişikliyi ilə mübarizədə həll yollarının tapılması üçün əlverişli fürsət olacaq, həmçinin bu sahədə çoxtərəfli fəaliyyətin həyata keçirilməsinə parlament töhfəsini verəcək. Sahibə Qafarova tədbir iştirakçılarını Parlament iclasına dəvət edib.

Qeyd edək ki, tədbiri Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko açıb. O, tədbir iştirakçılarını salamlayaraq, konfransın əhəmiyyəti və müzakirə olunan mövzuların aktuallığı barədə fikirlərini bildirib.
Plenar sessiyada çıxış edən Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əməkdaşlıqdan məmnunluğunu bildirib. O, ölkəmizin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə uğurlu sədrliyini təqdir edib.

Tədbirdə, həmçinin təşkilata üzv ölkələrin parlament sədrləri də çıxış ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

İlham Əliyev: "Biz bu torpaqların əsl sahibləriyik" - VİDEO

End of content

No more pages to load

RADİO