COP29-da iştirak üçün tərəflərə veriləcək viza ödənişsiz olacaq

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün qeydiyyatdan keçmiş bütün tərəflərə ödənişsiz elektron “COP29 xüsusi viza” xidmətləri təqdim edəcək.

Bizim.Media xəbər verir ki, Azərbaycana xarici ölkələrdən səfər edən bütün COP29 iştirakçıları üçün (pasportun hansı ölkə tərəfindən verilməsindən asılı olmayaraq) viza tələb olunur. 

COP29 xüsusi vizası birdəfəlik giriş vizası olacaq. Əgər iştirakçı Azərbaycanı tərk etmək və COP29-un keçirildiyi müddətdə yenidən Azərbaycana geri qayıtmaq istəsə, o zaman Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) qeydiyyat nömrəsindən istifadə edərək və daha əvvəl keçdiyi prosesi təkrarlayaraq, COP29 xüsusi vizası üçün yenidən müraciət etməli olacaq.

COP29 və sessiya öncəsi görüşlər üçün Azərbaycan ərazisinə səfər edən bütün xarici iştirakçıların pasportlarının etibarlılıq müddəti Azərbaycana daxil olduqları tarixdən ən azı altı ay sonrakı müddət üçün etibarlı olmalıdır.

Bundan əlavə, iştirakçıların qeydiyyatı UNFCCC-nin onlayn qeydiyyat sistemi vasitəsilə təsdiqləndikdən sonra onlara UNFCCC qeydiyyatını təsdiqləyən e-poçt vasitəsilə viza üçün müraciət linki göndəriləcək. COP29 xüsusi vizasında vizanın verilmə tarixi qeyd ediləcək və bu viza cari ilin noyabrın 30-dək etibarlı olacaq. Viza sahibləri Azərbaycana bu tarixdən əvvəl daxil olmalıdırlar.

Xatırladaq ki, Azərbaycan qeydiyyatdan keçən iştirakçıların ölkəyə rahat girişini təmin etmək məqsədilə COP29 viza müraciət sistemini yaxın zamanda təqdim edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

İranda 297 nəfər SAXLANILDI

İranda 297 nəfər SAXLANILDI

“Barselona” sabiq futbolçusunu geri qaytardı

“Barselona” sabiq futbolçusunu geri qaytardı

Ağdərə sakini Prezidenti qonaq çağırdı - SƏMİMİ DİALOQ

Ağdərə sakini Prezidenti qonaq çağırdı - SƏMİMİ DİALOQ

End of content

No more pages to load

RADİO