“Kimin oğlu olmursa, getsin öz kişiliyindən şikayət eləsin” – Qalmaqallı AÇIQLAMA 

Qız övladı olacaq deyə ana bətnində körpəsi ilə çölə atılıb. Bəli, bu hadisə Azərbaycanda baş verib. İki qız övladı olan qadın üçüncü uşağına hamilə olarkən, ultrasəs müayinəsində ona növbəti dəfə qız anası olacağı bildirilib. Buna görə də qadın ailəsi tərəfindən çölə atılıb. Lakin sözügedən ananın üçüncü uşağı oğlan doğulub. Hazırda o, üç övladı ilə birlikdə sığınacaqlardan birində yaşayır.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan selektiv aborta görə dünyada birinci yerdə olub. Son illər aparılan demoqrafik proseslərin təhlili göstərir ki, Azərbaycanda doğulan uşaqların cins strukturunda oğlanların payı və artım tempi daha yüksəkdir. Doğulanlar arasında cins seçiminin pozulduğu ölkələr sırasında ilk yerlərdəyik. Bir sözlə cinsiyyət ayrıseçkiliyi cəmiyyətdə illərdir ki, ən böyük problemlərdən biridir.

Bu məsələdə toplum psixologiyamızı necə dəyişə bilərik?

Psixoloq Elmir Əkbər Bizim.Media-ya bildirib ki, cəmiyyətimizdə cinsiyyət ayrıseçkiliyi o dərəcədədir ki, hətta insanların şüuraltına yerləşib:

“Məsələn, çox vaxt deyirlər ki, yuxuda qız uşağı görəndə şərə, oğlan uşağı isə xeyirə yozulur. Görün bu, nə qədər adamın psixikasına siraət edib. Evlilik məsələlərinə baxdıqda da, həmişə oğlan və ailəsi “firon” statusundadır. Oğlan istəsə yüz dəfə boşanar və evlənər. Çox vaxt hətta belə deyirlər: “kişiyə ləkə yapışmır”. Lakin qız övladı olmağa isə ömürlük prroblem kimi yanaşırlar. İndi bir qızı olanda, istəyirlər bir dənə də oğul olsun. Lakin qızın sayı artanda ailələrin çoxu ondan imtina edirlər”.

Qız uşaqlarını niyə sevmirlər?

Psixoloq qeyd edib ki, gəlnini qızı olacaq deyə evdən qovan ailə və onun timsalındakı bu cür insanlar qanmırlar ki, problem onların oğlanlarının kişiliyindədir:

“Yəni uşağın oğlan olması kişidən asılıdır. Kimin oğlu olmursa, getsin öz kişiliyindən şikayət eləsin. Əgər qız dünyaya gətirmək eyibdirsə, oğlan tərəfini daş-qalaq etmək lazımdır ki, bunlar keyfiyyətsizdirlər.

Təəssüf ki, cəmiyyətimizə görə bu gün cahil və nadan məsələləri müzakirə etmək məcburiyyətində qalırıq. Mən müasir həyatın tərəfdarıyam. Əgər kimsə oğlan və ya qızının olmağını istəyirsə, xəsisliyin daşını atıb süni mayalanmaya müraciət etsinlər. Orada cinsiyyəti ginekoloqlar müəyyənləşdirə bilirlər”.

Nuranə Daxilqızı, Bizim.Media   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Pakistan Əfqanıstanla müvəqqəti atəşkəs ELAN ETDİ

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib - FOTO

End of content

No more pages to load

RADİO