2024-cü ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 1,7 milyon manatdan çox olub.
Bizim.Media xəbər verir ki, bu barədə Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, həmin dövrdə icbari tibbi sığorta haqları üzrə daxilolmalar 2023-cü ilin eyni dövrünə nisbətən 22,2 faiz artıb və 11,4 milyon manat təşkil edib.
Bizim.Media