Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1242 yeni yoluxma faktı qeydə alınıb, 551nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 58 282 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 768 nəfəri vəfat edib, aktiv xəstə sayı 12 484-dür.
Bizim.Media