Xəstə yaxınlarına dərmanlar ancaq bu halda verilə BİLƏR 

Sosial şəbəkələrdə poliklinikalarda qeydiyyatda olan xəstələrə dərman verilməsində çətinliklər yaranması haqda paylaşımlar edilir. Problemlə üzləşən vətəndaşlar deyir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkən valideyni və ya yaxın qohumu üçün preparatları illərdir rahatlıqla götürə bilsə də, indi vəziyyət qəlizləşib.

Bildirilib ki, dərman əldə etmək üçün ya xəstə özü xəstəxanaya gəlməlidir, ya da yaxınına etibarnamə verməlidir. Bəziləri isə iddia edir ki, hətta etibarnamə olduğu halda belə dərmanları əldə edə bilmirlər. Yaxınları bildirirlər ki, yaşlı və xəstə şəxslərin saatlarla ayaqüstə, şəraitsiz yerdə, növbələrdə gözləyib dərman əldə etməsi olduqca çətindir. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, şikayətçilərdən biri olan Elvin Əhədin sözlərinə görə, sonuncu belə hadisə Mirqasımov adına Respublika Klinik xəstəxanasının Nevrologiya şöbəsində yaşanıb. 

Vətəndaş dağınıq skleroz xəstəliyindən əziyyət çəkən qardaşı Elməddin Əhədov üçün klinikaya getdikdə yalnız etibarnamə olduğu halda dərman preparatları veriləcəyini öyrənib:

“Tam 80 dəqiqə növbə gözləyirsən, sonra həkim çıxıb deyir ki, İTS sistemi tətbiq edildiyinə görə 14 ildir xəstənizə verdiyimiz dərmanları indi etibarnamə olmadan verə bilmərik. Bütün iş-gücünü at, get rayona, evə notarius apar, 95 manat ödə, xəstə etibarnamə versin, sonra gəl yenə nömrə götür, 2 saat gözlə, sonra dərmanı yazaq”.  


Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanlanıb. TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova sorğuya cavab olaraq bildirdi ki, burada qanunazidd olan heç bir hal yoxdur: “İlk olaraq qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində bir şəxsin 3-cü şəxslər qarşısında təmsilçilik hüququ var. Bunun üçün başqa şəxsə verilən sənəd vəkalət, etibarnamə sayılır.

Qeyd edim ki, bəzi dərman preparatlarının xəstə yaxınına etibarnamə əsasında təqdim edilməsi tibb müəsisələri tərəfindən qanunamüvafiqdir. Dərmanların xəstə yaxınlarına verilməsi onun qanuni nümayəndəsi vasitəsilə təsbit olunur və həmin şəxslərə verilir”.  

Departament rəhbərinin sözlərinə görə, bəzi xəstələr dərman preparatı əldə etmək üçün müəyyən müddətdən bir həkim müayinəsindən keçməlidir:

“Məsələn, endokrinoloji sahədə birinci tip şəkərli diabet insulindən asılı xəstələr bir aydan bir endokrinoloqun qəbulunda olmalıdır və ona dərman təyin olunmalıdır. Burada mütləqdir ki, xəstənin özü birbaşa iştirak etsin, həkim qəbulunda olsun və müəyyən müayinə və yoxlanışlardan keçsin.

Digər hallarda bəzi xəstələr var ki, onların ağır dərəcədə əlilliyi və eyni zamanda sağlamlığı ilə bağlı hərəkət məhdudiyyəti var. Həmin şəxslər özləri birbaşa xəstəxanaya yaxınlaşa bilmirlər. Bu halda da qanunamüvafiq olaraq həmin şəxslərin qanuni nümayəndəsi adlandırdığımız, yəni vəkalət verdiyi şəxslər tibb müəsisəsinə yaxınlaşaraq təyin olunan dərman preparatlarını əldə edə bilərlər”.  

Zamirə Ədilova qeyd etdi ki, dərman preparatlarının xəstə yaxınlarına yalnız etibarnamə ilə verilməsində məqsəd ondan ibarətdir ki, təyin olunan dərman preparatları zərurəti üzrə təyinatı olan şəxsə vaxtında və ona birbaşa çatdırılsın:

“Ehtimal oluna bilər ki, bəzən şəxslər sui-istifadə hallarına yol versinlər. Şəxsiyyət vəsiqəsi və yaxud sənədin sürətini təqdim etməklə tibb müəsisəsindən əldə edəcəyi dərman preparatlarını başqa məqsədlər üçün istifadə etsinlər”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO