Azərbaycanda böyrək əməliyyatları ÖDƏNİŞSİZDİR - FOTO

Böyrək çıxarılması əməliyyatı nefrektomiya adlanır və icbari tibbi sığorta təminatına daxildir. Həmin əməliyyat açıq və qapalı (laparoskopik) üsulla həyata keçirilir. Qoyulan diaqnoz, patologiyanın ağırlıq dərəcəsi, xəstənin ümumi vəziyyəti və digər faktorlardan asılı olaraq uyğun cərrahi üsul seçilir. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, 2021-2023-cü illər ərzində icbari tibbi sığorta hesabına böyrəyin tam və ya hissəli çıxarılması ilə bağlı 3359 əməliyyat icra olunub. 

Böyrəyin patoloji genişlənməsi, funksiyasının pozulması, böyrəyin büzüşməsi ilə nəticələnən irinli iltihabı və sair kimi patologiyalar əməliyyat üçün göstəriş hesab oluna bilər.

Nefrektomiya böyrəyin funksiyasını bərpa etmək mümkün olmadıqda, həyati təhlükəli ağırlaşmaların inkişaf etmə riski yüksək olduqda və böyrək köçürülməsi əməliyyatlarında həkim tərəfindən təyin olunur. 

Əməliyyatdan əvvəl təyin olunan instrumental və laborator müayinələr, o cümlədən qanın və sidiyin analizi, döş qəfəsi orqanlarının rentgenoqrafiyası, sidik-cinsiyyət sisteminin ultrasəs müayinəsi, böyrəklərin kompüter tomoqrafiyası və digər müayinələr icbari tibbi sığorta ilə ödənişsiz aparılır. Həmin tibbi xidmətlə bağlı reanimasiya və stasionarda qalma, müalicə və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf icbari tibb sığorta təminatına daxildir.

Bundan başqa yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə xərcləri, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri sığorta ilə qarşılanır. Həmçinin xəstənin və 12 yaşa qədər uşaqları müşayiət edən şəxsin qidalanması icbari tibbi sığorta ilə ödənişsizdir. 
Nefrektomiya əməliyyatından sonra qalan böyrəyin funksionallığını qiymətləndirmək üçün xəstə mütəmadi olaraq uroloq tərəfindən müayinə olunmalıdır.

Qeyd edək ki nefrektomiya əməliyyatı TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında icra olunur.

Məlumat üçün bildirək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

Xanoba sakininin sevinci: "Biz buralara həsrətlə baxırdıq" - VİDEO

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

FİFA İranın tələbini QƏBUL ETMƏDİ

End of content

No more pages to load

RADİO