Ölkədə son zamanlar yayılan virus qızılca DEYİL? – TƏBİB-dən AÇIQLAMA 

Son zamanlar uşaqlar arasında geniş yayılan və ölümlə nəticələnən virusun qızılca olmadığı iddia edilir. İddiaların əsas səbəbi də belədir ki, qızılcanın simptomları ilə bu yayılan virusun xassələri fərqlidir. Belə ki, qızılca 3 gün qızdırma, sonra səpki ilə müşayiət olunur. Lakin son yayılan virusun əlamətlərində səpki çox tez solur. Bir çox hallarda isə uşaq heç səpməmiş ölür. 

Ümumilikdə götürdükdə isə, qızılcadan ölüm halları heç vaxt bu qədər yayılmayıb. Bir çox həkim bunu peyvəndlənmənin aparılmaması ilə əlaqələndirsə də, araşdırmalarımız göstərir ki, rəsmi statistika bu deyilənləri təkzb edir. Belə ki, son 10 ildə 93%-dən çox uşaq peyvəndlənib. Qeyd edək ki, bir cəmiyyətdə peyvənd nisbəti 92%-dən çox olduqda, qızılca epidemiyaları artıq baş vermir.
 

MÖVZU İLƏ BAĞLI:

1 yaşına qədər olan körpələrin qızılcaya yoluxması və ölüm təhlükəsi nə QƏDƏRDİR? - Pediatrdan AÇIQLAMA


Bütün bunları nəzərə alsaq, deyə bilərikmi ki, son zamanlar yayılan virus əslində qızılca deyil?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə qeydə alınan virus mənşəli xəstəliklərlə bağlı aidiyyəti səhiyyə qurumları tərəfindən ictimaiyyətə mütəmadi məlumatlar təqdim olunur: 

“Hər bir xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi zəruri diaqnostik, instrumental müayinə və analizlər nəticəsində bəlli olur, iddia əsasında deyil. Hazırda ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır. Son aylar TƏBİB-in tabeli tibb müəssisələrində qeydə alınan hər bir ölüm hallarının səbəbləri barədə ictimaiyyətə məlumat verilib. Qızılca səbəbindən ölüm hallarının təhlili göstərir ki, ölənlərin əksəriyyətində yanaşı xəstəliklər və vaxtında profilaktik peyvəndlərdən imtinalar olub.  

Ümumiyyətlə, yaşı 65-dən yuxarı yetkin şəxslər və 1 yaşından aşağı uşaqlar, eləcə də ürək-damar, tənəffüs sisteminin xroniki xəstəlikləri, şəkərli diabetli, immundefisitli şəxslər, hamilələr, anamnezində respirator xəstəliklərin fəsadlaşmaları olan şəxslər yüksək risk qrupuna aid edilir və bu kimi hallarda peyvəndlənmə xüsusi əhəmiyyət kəsb edir”.

Qeyd olunub ki, bir sıra ağır respirator xəstəliklərin vaksinasiyası uşaqlıq dövründə “Milli peyvənd” proqramına əsasən ilkin səhiyyə xidməti təqdim edən müəssisələrdə aparılır:

“Milli peyvənd proqramına qızılca, göyöskürək, suçiçəyi, difteriya, skarlatina, məxmərək və s. xəstəliklərə qarşı peyvəndlər daxildir. Bundan əlavə Ümumdünya Səhiyyə Təşkilatının hər il apardığı tədqiqatlar əsasında verilən proqnozlara uyğun olaraq, viruslardan maksimal müdafiəni təmin etmək üçün vaksinlərin tərkibi nəzərdən keçirilir. Ölkəmizdə Profilaktik peyvəndlər təqviminə əsasən uşaqlar arasında Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi vaksinlərdən istifadə olunur, bütün vaksinlər təhlükəsizlik və keyfiyyət baxımından beynəlxalq standartlara cavab verir. 

Qızılca xəstəliyinin ilk simptomları halsızlıq, öskürək, hərarətin yüksəlməsi, konyunktivit (“qırmızı gözlər” simptomu) və zökəmdən ibarətdir. İlk simptomların başlanmasından sonra 2-4 gün ərzində üz, boyun nahiyəsindən başlayan və yuxarıdan aşağı bütün bədənə yayılan qızılca xəstəliyinə məxsus makulopapulyoz (vezikulyar deyil) səpkilər meydana çıxır. Bu səpkilər digər səpkilərdən fərqli olaraq, dəri səthindən yüksəlmir və daxilində maye olmur”.

Məlumatda o da bildirilib ki, bu səpkilərdən əvvəl və ya eyni zamanda ağız boşluğunun selikli qişasında koplik ləkələri (ağımtıl ləkələr) müşahidə olunur:

“Bu ləkələr qızılcanın spesifik simptomu sayılır. Qeyd olunanlar xəstələrin əksəriyyətində müşahidə edildiyindən ümumiləşdirilərək təqdim olunur. Lakin hər bir fərdin özünə xas olan genetikası, metabolizmi, immuniteti olduğundan, xəstəliyi keçirməsi, virusa qarşı reaksiyaları da fərqlilik göstərə bilir. Bu hallar heç bir xəstəlikdə istisna olunmur. 

Şübhəli və qarışıq simptomları olan, diaqnostikası fiziki müayinələrlə mümkün olmayan hallarda xəstələr instrumental və diaqnostik müayinələrə yönləndirilir. Bu üsullarla diaqnozlar təsdiq və ya inkar olunur.

Tibb müəssisələri TƏBİB-in tabeliyində fəaliyyət göstərdiyi müddətdə peyvəndlənmə statistikası barədə mütəmadi olaraq məlumatlar aidiyyəti üzrə səlahiyyətli qurumlara təqdim olunub.

Xatırladaq ki, TƏBİB Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2018-ci il 20 dekabr tarixində yaradılıb. Yalnız tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində həyata keçirilən vaksinasiya tədbirləri və statistikası barədə məlumatları təqdim etmək TƏBİB-in səlahiyyətləri daxilindədir. 
Bir daha qeyd edirik ki, ölkəmizdə hər hansı epidemiya halı qeydə alınmayıb”.

Nuranə Daxilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

Sevillə Sevincdən təsirli PAYLAŞIM: “Bu şəkli görəndə ağladım…” - FOTO

End of content

No more pages to load

RADİO