COVID-ə yoluxma YENİDƏN ARTIR – “Əvvəl bir həftəyə sağaltmaq olurdu, indi isə...”

Ötən ilin dekabrın 31-dən bu ilin yanvarın 18-nə qədər COVİD-19-a yoluxma 109 nəfər, ölüm sayı isə 12 nəfər artıb. 

Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 31-də yaydığı məlumatda göstərildi ki, 116 nəfər koronavirusa yoluxub, analiz nümunələri müsbət çıxan  2 nəfər isə vəfat edib, amma 102 nəfər müaıicə olunaraq sağalıb.

Yanvarın 18-də açıqlanan məlumatda isə yoluxma sayının 225 nəfərə çatdığı, ölənlərin sayının isə 14 nəfər olduğu vurğulandı. Göründüyü kimi, koronavirusa yoluxma statistikasından yenidən artım müşahidə olunur.

Yoluxmaların artmasına səbəb nədir?

Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran terapevt-həkim Abbas Bağırov, ölkədə korovirusun hələ də mövcud olduğunu bildirib və əhaliyə diqqətli olmağı tövsiyə edib.

Son vaxtlar yoluxma və ölüm hallarının getdikcə artdığını deyən müsahibimiz, koronavirusla yanaşı digər viruslara da yoluxma prosesinin başladığını diqqətə çatdırıb:

“Bir xəstənin həm koronavirusla, həm qrip virusu ilə, həm də qızılca ilə yoluxmasını müşahidə etdiyimiz “Tridemiya” prosesi yayılmaqdadır. Bu da ölüm faizlərinin artmasına səbəb olur”.

Yayılma tendensiyasının hələ də davam edəcəyini söyləyən həkimin sözlərinə görə, ancaq vaksinlər və immun sistemini gücləndirən dərmanlar və vitaminlərlə xəstəliklərdən qorunmaq olar:

“Ümumdünya Səhiyyə Təşkilatı da bəyan etdi ki, sanitar-gigiyenik normalara ciddi riayət olunması ilə bərabər, vaksinasiya rejimini tənzimləməklə və orqanizmin müqavimətini artıran prepatların təyinatı ilə insanlar özlərini qoruya bilərlər. Artıq Azərbaycanda yeni vaksinasiya prosesi başlayıb. İlk növbədə insan özü-özünün həkimi olmalı və tələb olunan bütün profilaktik tədbirləri öz üzrəində tətbiq etməlidir ki, yoluxmasın, yoluxsa da, xəstəliyi yüngül keçirsin. Açıq havada çox gəzmək, sosial sıxlıq müşahidə olunan yerlərdən uzaq olmaq və istirahət rejiminə riayət etmək lazımdır. Risk qrupuna aid olan şəxslər isə xüsusilə diqqətli olmalıdırlar”. 

Həkimin bildirdiyinə görə, koronavirsunun mutasiyaya məruz qalmış və hələ də təyin olunmayan yeni subvahidi yayılmaqdadır:

“Yayılmaqda olan yeni virus ştammının molekulyar quruluşu tam xarakerizə olunmayıb, amma həm pandemik göstəriciləri yüksəkdir, həm də sağalma müddəti uzun çəkir. Bunu bizə müraciət edən pasiyentlərdə də müşahidə edirik. Əvvəllər xəstə qrip dərmanları ilə 1 həftəyə tam sağalırdı, amma indi 21 günə xəstəni sağaltmaqda çətinlik çəkirik. 
Afrikada və Amerika qitəsində gedən proseslərə nəzər yetirdikdə, bunun yayılma tezliyini daha yüksək olduğunu görürük. Bu baxımdan da hələlik əvvəlki koronavirus kimi kritik həddə çatmasa da, çox təhlükəlidir. Həm pandemiyanın miqyasının genişlənməsi, həm də ölüm sayının artması onu göstərir ki, bu mutasiyadan ciddi şəkildə qorunmaq lazımdır. Əvvəlki kimi yenidən gigiyenik normativlərə riayət etmək, yaxın təmasdan qaçmaq lazımdır”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO