Azərbaycanı bürüyən dəhşətli virus NƏDİR? – Səhiyyə Nazirliyindən XƏBƏRDARLIQ   

Son günlər insanlar arasında ağırlaşmalarla müşahidə edilən virus yayılıb. Boğaz ağrısı ilə başlayan, daha sonra əzələ ağrıları, hərarətin yüksəlməsi, burun tutulması əlamətləri ilə müşahidə edilən infekiya uzun müddət davam edir və hətta ağırlaşmalarla nəticələnir. Uşaqlar bu xəstəliyi daha ağır keçirir. Bəzən virus onların canından yalnız müalicə hesabına bir aya keçir.

Maraqlıdır, bu virusun adı nədir? Sözügedən infeksiya koronavirusun mutasiyaya uğramış formasıdırsa, niyə ağırlaşmalara səbəb olur?  

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, inefksionist Təyyar Eyvazov Bizim.Media-ya açıqlamasında məsələyə aydınlıq gətirib. O, bildirib ki, hazırda ölkədə qış fəsli ilə əlaqədar mövsümi qrip, kəskin respirator virus infeksiyaları, koronavirus infeksiyası ilə yoluxma hallarına təsadüf edilir:
 

MÖVZU İLƏ BAĞLI:

Səhiyyə Nazirliyindən qızılca ilə bağlı NÖVBƏTİ XƏBƏRDARLIQ


“ Bunlar hava-damcı üsuli ilə yayılan virus infeksiyaları olub və hər il təkrarlanır. İldən-ilə bu hal təkrar olunsa da, müəyyən vaxtlarda hansısa respirator virusa daha çox yoluxma halları müşahidə olunur. Ayrı-ayrı illər üzrə qeydə alınan xəstələnmə hallarının saylarını müqayisə etdikdə bu il də hələ ki, əhəmiyyətli fərqin olmadığını qeyd etmək olar. Nəzərə almaq lazımdır ki, qrip və digər respirator virus infeksiyalarına həm böyüklər, həm də uşaqlar yoluxaraq xəstələnir, lakin kiçik yaşlı uşaqlar, ahıl insanlar və ağır xroniki xəstəliyi olan şəxslər risk qrupuna daxildir. Onlarda xəstəliyin gedişi ağır və fəsadlarla ola bilər”. 

Həkim respirator virus infeksiyalarından qorunmaq yollarının universal olduğunu vurğulayıb:

“Əhali bu qaydalarla kifayət qədər maarifləndirilir. Xüsusilə risk qrupuna daxil olan insanlar daha da diqqətli olmalı, əhalinin sıx toplaşdığı yerlərdən mümkün qədər uzaq durmalı, məsafə gözləməlidirlər. Bu mümkün olmadıqda və xüsusən ictimai nəqliyyatda maskadan istifadə etməli, əl gigiyenası qaydalarına əməl etməlidirlər. Qorunmaq üçün bu şəxslərin qripə qarşı vaxtında peyvənd olunması tövsiyə olunur”.

Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO