Xəstəyə yanlış diaqnoz qoyan həkimləri hansı CƏZA gözləyir? – Hüquqi İZAH  

Yanlış diaqnoz, yanlış müalicə və yanlış dərman preparatlarının istifadəsi deməkdir. Xəstənin özündə olan həqiqi xəstəliyin əlamətlərinə düzgün qiymət verilməməsi qoyulmayan və ya qaçırılmış diaqnoz kimi də nəzərə alınır. 

Son günlər bəzi həkimlərin tibbi səhvlərə yol verdikləri barədə kifayət qədər məlumatlara rast gəlinir. Xüsusilə xəstələrə yalnış diaqnozların qoyulması ilə bağlı olaylar ölkə gündəmini zəbt etməyə başlayıb. Bu, bütün dünyada analoji hal hesab olunsa da, tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin şikəst, yaxud ölümü ilə nəticələnə bilir. Bu günlərdə tanınmış blogerin diş müalicəsi zamanı yanlış diaqnozun qurbanı olması kimi...

Maraqlıdır, xəstəyə yalnış diaqnoz qoyan həkim hüquqi məsuliyyətə cəlb oluna bilərmi? Aldadılmış pasiyentlər bu halda hüquqlarını necə müdafiə etsinlər?
 

MÖVZU İLƏ BAĞLI:

XƏBƏRDARLIQ: “Həkim məsləhəti olmadan antibiotiklərdən istifadə…”


Hüquqşünas Pərviz Hacıyev Bizim.Media-ya bildirib ki, həkimin xəstəyə düzgün diaqnoz qoymaması onun cinayət məsuliyyətinə cəlb olunmasına səbəb ola bilər: 

“Ümumiyyətlə, Cinayət Məcəlləsində həkimləri məsuliyyətə cəlb edəcək iki maddə nəzərdə tutulub. Onlardan biri 142-ci maddədir ki, adı “təhlükədəqoyma”dır. Yəni xəstəni gətirirlər, həkim ona baxmır, ilkin tibbi yardım göstərmir, başqa xəstəxanaya yönləndirir və nəticədə ölüm baş verirsə, həmin şəxslər cəzalandırılırlar. İkinci maddə isə 314-cü maddədir. 

Cinayət Məcəlləsinin 314-cü maddəsində vəzifəli şəxin öz işinə vicdansız və laqeyd yanaşması nəticəsində, dövlətin, cəmiyyətin və vətəndaşların hüquq və mənafelərinə əhəmiyyətli zərər vurularsa, 1500 manatdan 3 min manata qədər cərimə, 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Sadalananlar ağır nəticələrə səbəb olduqda, yəni bura xəstənin ölümü də aiddir, 2 ildən 5 ilə və ya 6 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq olunur”.

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO