Bu uşaqlara qızılca peyvəndi vurulmur – RƏSMİ  

Qızılca virusu ətraf mühitdə az davamlı olaraq, 2 saat aktiv qala bilir. İnfeksiya mənbəyi qızılca ilə xəstə şəxsdir və inkubasiya dövrünün (8-17 gün) 4-cü günündən səpgilərin 4-cü gününə qədər yoluxdurucu olur. Səpgilərin 5-ci günü xəstə artıq yoluxdurucu olmur. Xəstədə 38-40°С hərarət, zökəm, quru öskürək, işıqdan qorxma, baş ağrısı, konyuktivanın qızarması, əsnəyin hiperemiyası, enantema (bərk və yumşaq damaqda qırmızı ləkələr) qeyd olunur. 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun şöbə müdiri Lalə Rüstəmova bildirib. 

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son tövsiyələrinə əsasən, hazırda epidemioloji nəzarətin 2 əsas növü qeyd olunur: indikator əsaslı və siqnal hadisələrə əsaslanan epidemioloji nəzarət.

Qızılcanın eliminasiyası dövründə xüsusilə siqnal hadisələrə əsaslanan epidemioloji nəzarətin aparılması və qızılca virusunun popuyasiyada dövr etməsinin aşkar edilməsi çox vacibdir.
Eyni zamanda, hər bir ərazidə qızılca hadisələrinin olması barədə bildirişlərin həftəlik toplanması, 48 saat ərzində şübhəli halların tam araşdıdılması, adekvat müayinə olunan halların, laborator müayinə üçün nümunə götürülən, ilk 4 gündə laborator müayinə aparılan halların xüsusi çəkisinin müəyyənləşdirilməsi çox mühümdür. 

Həkim bildirib ki, qızılcanın son diaqnozu laborator təsdiq olduqda, yaxud digər təsdiq olunmuş hal ilə epidemik əlaqə olduqda müəyyən edilir. Qızılca ilə xəstələnmənin azaldılmasında virus izolyatlarının identifikasiyası və onların endogen, yaxud xaricdən gəlmə olduğunun təyin edilməsidir. ÜST-nin ekspertlərinin fikrincə, molekulyar epidemiologiya üsulları qlobal miqyasda qızılca virusunun dövr etməsinin izlənməsində standart alət olmalıdır. 

Təcrübə göstərir ki, qızılca virusunun Avropa, Asiya və Amerika ştamlarının dövr etmə arealı dəyişib. Bu günə qədər qızılca virusunun 7 müxtəlif qrup ştamı identifikasiya olunub və hazırda istifadə olunan vaksinlər bütün bu ştamlara qarşı effektivdir. 

O qeyd edib ki, qızılca infeksiyasının eliminasiyası üçün əhalinin qızılcaya qarşı kollektiv immunitetinin vəziyyətinin monitorinqi də mühüm məlumat verir.

Vaksinasiya aparıldığına görə, qızılca idarə olunan infeksiyalar qrupuna daxildir. Qızılca infeksiyasına qarşı vaksinasiya dünyanın əksər ölkəsində, o cümlədən də Azərbaycan Respublikasında Milli Peyvəndlər Təqviminə daxildir. 

Qızılca peyvəndi 2 dozada vurulur: biri 1 yaşda, digəri isə 4-6 yaş arasında. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu 95%-dir. İlk peyvənddən 4 həftə keçibsə, ikinci peyvəndi vurmaq olar.
Peyvəndlə yanaşı, uşaqların qorunması da son dərəcə vacibdir. 6 aydan əvvəl uşaqlara peyvənd vurulmur, əgər qızılca kütləvi hal alıbsa, 6 aydan sonra, yəni 1 yaşı gözləmədən peyvəndləmək olar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO