ÜST-dən XƏBƏRDARLIQ: “Uşaqlar peyvənd olunmasa, qızılca təhlükəsi QALACAQ”

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqların peyvənd olunmayacağı təqdirdə qlobal qızılca təhlükəsinin qalmağa davam edəcəyini bildirib.

ÜST-dən Bizim.Media-ya verilən məlumata görə, COVID-19 pandemiyası ilə əlaqədar dünya ölkələrində qızılcaya qarşı peyvəndlənmənin əhatə dairəsi azalıb.

Qeyd olunub ki, bu tendensiyanın nəticəsi olaraq 2022-ci ildə qızılcaya yoluxma halları 2021-ci illə müqayisədə qlobal miqyasda 18 %, ölüm halları isə 43 % artıb:

"ÜST və ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) yeni hesablamasına görə, bu vəziyyət çoxluq uşaqlar təşkil etməklə təxmin edilən qızılcaya yoluxma hallarının 9 milyona, ölüm hallarının isə 136 000-ə çatması deməkdir. Qızılcaya yoluxma halları peyvəndlənmənin əhatə dairəsinin zəif olunduğu bütün ölkələr və icmalar üçün risk yaradır. Qızılcaya yoluxma hallarının geniş yayılmasının qarşısının alınmasında peyvəndin rolu əvəzsizdir. Təkcə 2000-ci ildən 2022-ci ilə qədər qızılcaya qarşı peyvənd qlobal miqyasda 57 milyon insanın bu xəstəlikdən həyatını itirməsinin qarşısını alıb".

Qeyd edək ki, qızılca peyvəndi immunizasiya proqramlarının əsas komponentlərindən biridir. Qızılcaya qarşı peyvəndlənmə əhatəsinin 95 %-dən aşağı olduğu ölkələrdə xəstəliyin geniş yayılma riski meydana çıxır.

Cari dövrdə qızılca əhalinin sağlamlığı üçün ciddi təhlükə yaratmaqda davam edir. 2022-ci ilin noyabrından 2023-cü ilin oktyabr ayına qədərki dövrdə ÜST-nin Avropa region ölkələrində 30 000-dən çox qızılcaya yoluxma halı qeydə alınıb. ÜST bütün ölkələri qızılca və digər xəstəliklərə qarşı hər bir uşağın peyvənd olunması istiqamətində səyləri artırmağa çağırır. Bundan əlavə, epidemiyaların qarşısının alınmasına kömək etmək üçün qlobal, regional, milli və yerli səviyyələrdə bütün səhiyyə tərəfdaşları güclü nəzarət sistemləri tətbiq etməklə epidemiyaya cavab tədbirlərinin gücləndirilməsinə çalışmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO