“Kəskin respirator virus infeksiyaları əsasən, tənəffüs yollarının selikli qişasının zədələnməsi ilə xarakterizə olunur. Bu qrup xəstəliklərə qrip, paraqrip, adenovirus, rotavirus, respirator sinisitial, rivovirus, reovirus və s. aiddir. Xəstələnmə ən çox 5 yaşa qədər uşaqların payına düşür”.
Bizim.Media xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Günay Əliyeva bildirib.
Onun sözlərinə görə, bu, həmin yaş qrupuna aid artıq kəskin respirator virus infeksiyalarına yoluxan uşaqların uşaq müəssisələrinə getməsi ilə əlaqədardır. Təkrar xəstələnmə halları uşaq orqanizminin mühafizə qüvvəsinin zəifləməsinə, xroniki infeksiya ocaqlarının formalaşmasına səbəb olur.
Bizim.Media