Qurud alman əsirlərini ölümdən necə xilas edib? – TARİXİ FAKTLAR

İkinci Dünya Müharibəsi Almaniya üçün ağır məğlubiyyətlə nəticələndi. Ölkə iki yerə parçalandı, 20 milyondan artıq alman döyüşlərdə həyatını itirdi. Bundan əlavə milyonlarla alman əsir düşərgələrində can verdi.

Əsir düşən almanların bir qismi də müəyyən dövrdə Azərbaycanda yaşamalı olublar. Onların bir çoxu burdaca həyata “əlvida” deyib. Təsadüfi deyil ki, ölkəmizdə xeyli sayda alman qəbiristanlığı var. Tarixçi alim Zaur Əliyev Azərbaycanda yaşayıb, işləyən almanlar barədə araşdırma aparıb.

Bizim.Media sözügedən araşdırmanı təqdim edir:

“Sovetlər Birliyində artıq 1941-ci ildə NKVD-nin Hərbi Əsirlər və İnternasiyalar üzrə Baş İdarəsinin əməkdaşlarının səyləri ilə Almaniya və Hitlerin müttəfiqi olan ölkələrin ordularının keçmiş əsgər və zabitlərinin saxlandığı düşərgələr yaradılmağa başlandı. Ümumilikdə 300-dən çox belə düşərgə yaradıldı.

Müharibə bitdi və yüz minlərlə Alman əsirini sovetlər geri qaytarmaq istəmirdi.

Stalinin birbaşa əmri var idi. Stalinqrad və Leninqrad başda olmaqla müharibə nəticəsində dağılmış yüz minlərlə tikili bərpa edilməyənə qədər heç bir əsir qaytarılmayacaq. Alman əsirlərin cəza çəkməsi və binalar tikməsi üçün göndərdildiyi ölkələr içərisində Azərbaycan da var idi.

“Moskvadan xəstə, ac-yalavac və üzgün vəziyyətdə qatara mindirildik. Gözümüzü açanda Ukraynada idik. Orada bizə Azərbaycana aparılacağımızı dedilər. Bu zaman sevincimizin həddi-hüdudu yox idi. Çünki bizi türklərin məmləkətinə aparırdılar”.

Bu fikirlər əsir düşmüş almaniyalı hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında öz əksini tapıb.

İkinci Dünya Müharibəsi bitdikdən sonra Bakıya 42 min alman hərbi əsiri gətirilib və onların əməyindən Azərbaycanın müxtəlif şəhərlərində istifadə olunub. Onları əsasən mülki tikintidə, böyük sənaye obyektlərində və xüsusi, qapalı obyektlərdə işlədiblər.

Qeyd edim ki, əsirlərin heç də hamısı almanlar deyildi, avstriyalılar ilə birlikdə macarlar həmçinin polyaklar, çexlər, isveçlər, slovaklar, italyanlar və fransızlar da var idi.

Salyan şəhərində əsirlərin qərargahı indiki Tale Davudzadə küçəsindəki məscidin yaxınlığında olub.

Alman əsirlərinin qərargahının burada olmasına baxmayaraq, əsas kazarmaları Elçin İmanov küçəsindəki camaşırxananın ərazisində yerləşib. Əsirlər həmin kazarmalarda yaşayıb.

Saatlının Cəfərxan kəndindəki "Laboratoriya" adlanan yerdə 400-ə yaxın Alman əsiri saxlanılıb. 237 nəfər ölüb və burda dəfn edilib. Hazırda həmin "laboratoriya" uçulmuş bir hissəsi isə mal-qara üçün tövlə kimi istifadə olunur.

Sumqayıtda Boru-prokat zavodunun yaxınlığında təxminən 6000 hərbi əsir işləyib. Hazırda düşərgənin inşa olunduğu yerdən çox da uzaqda olmayan 311 hərbi əsir məzarı var: 269 alman, 36 avstriyalı və altı macar həmin qəbiristanlıqda uyuyur.

Mingəçevirdə hərbi əsirlər su elektrik stansiyasının tikintisində işləyirdilər.

Burada şərait xüsusilə ağır idi. Azərbaycandan vətənlərinə göndərilən 3600 nəfərlik hərbi əsirlərin ilk dəstəsinin (onlar ən çox xəstə və zəifləmişlərdən seçilib) 1800 nəfəri Mingəçevirdən idi. Burda ağır şəraitə dözməyərək ölən əsirlərin sayı 828 nəfər idi. Gəncədə də 2 mindən çox alman əsir işlədilib.

Hazırda burada ölmüş alman əsirlərinin iki dəfn yeri var:

Gəncə-I sahəsində 160 nəfər dəfn olunub, Gəncə-II sahəsində isə 201 hərbi əsir dəfn edilib. Göygöl rayonunda da beş minə yaxın alman əsiri saxlanılıb. Burada onlara aid üç qəbiristanlıq var. Biri şəhərin özündə, ikisi isə digər ərazilərdə. Dəfn edilən 1020 hərbi əsirdən 546-sı alman idi. “Daşkəsənstroy – 300” və digər yerlərdə 100-200 arası alman əsiri saxlanılıb və işlədilib.

Hərbi düşərgədə saxlanılan əsirlərdən ölənlər də olub. Sağ qalanlar isə Stalinin ölümündən sonra öz ölkələrinə göndəriliblər. Lakin o zaman rayonda hərbi düşərgələrdə ölən alman əsirlərinin harada dəfn olunduğu barədə hələlik hər hansı bir məlumat yoxdur.

Bakıdakı əsirlər isə…

Bakıda hərbi əsirlər “Qlavneftestroy”un (əsasən) nəzarəti altında olan tikinti sahələrində işləyirdilər. Bakı düşərgəsində 1500 nəfərdən çox əsir var idi. Bakı şəhərinin Yasamal rayonunda yerləşən Azərbaycanda saxlanılan və burada dünyasını dəyişən alman əsirlərinin qəbiristanlığında 90 məzar var. Qəbiristanlıq ərazisində qara xaç şəklində bir xatirə abidəsi də yerləşir.

Ümumilikdə, Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. On ikincisi Bakının Keşlə qəsəbəsinin ərazisində olsa da, dəmir-beton zavodunun inşası zamanı nəşləri Yasamal qəbiristanlığına köçürülüb.

Düşərgənin daxmaları taxtadan hazırlanmışdı. Lakin heç bir daxmada döşəmə yox idi. Divarlar keyfiyyətsiz inşa edilmişdi, xarici təbii təsirlərə (yağış, külək, qar və s.) qarşı müqavimətsiz, örtüksüz və əhəngsiz idi. Bu səbəbdən şiddətli külək bu daxmaları qısa müddətdə zədələmiş, pəncərələrdə qırılan şüşələrin yerinə kağız və parça tıxanmışdı. Daxmaların damları iqlim şərtlərinə uyğun hazırlanmadığına görə yağış və şiddətli fırtınalar vaxtı yağış suları, qum içəriyə dolurdu.

Qeyd edim ki, alman əsirlərin yeməyi zəif olsa da onlar əsla qarabaşaq yeməyinə toxunmayıblar. Regionlarda əsirləri aclıqdan xilas edən yerli camaatın onlara kömək etməai olub.

Əsir hərbçi Villi Deşin “Düşərgə gündəliyi” kitabında bu faktlara yer verilib:

"Vağzalda olarkən türklər bizə kənardan çörək və siqaret atırdılar. Daha sonra bizi Mingəçevirə çalışmağa apardılar. Orada da yerli insanlardan çox səmimi münasibət və yardımlar gördük. Ağsaqqallar, qadınlar, hətta uşaqlar belə bizə yemək verir, mənəvi dayaq olurdular".

Qurud almanları necə xilas etdi?

Məlumat üçün bildirim ki, soydaşlarımız əsirlərə milli mətbəxin ayrılmaz tərkib hissəsi olan qurud atırdılar. Oranı mühafizə edən milis və əsgərlər elə bilirdilər ki, yerli sakinlər onlara daş atır. Alman əsirlər də ilk baxışdan belə başa düşürdülər. Lakin sonradan baxıblar ki, daş deyil və bu, yeməlidir. Beləliklə minlərlə alman əsirini aclıqdan qurud xilas edib.

Aran bölgəsinin insanları onlara isti münasibət bəsləyiblər. Əsirlərə çörək, isti yemək verirdilər. Evlərindən mütəmadi olaraq onlara su aparırdılar. Bayramlarda milli şirniyyat, yeməklər, ev şəraitində hazırlanan kompot almanlara göndərilirdi. Hətta onları mühafizə edən milis və əsgərlərə ayrıca pay verilirdi ki, göndərilən pay ünvana çatsın. Almanların ən çox sevdiyi isə qurud idi.

Onlar bunu ciblərində saxlayır və ağır iş şəraitində yeyirdilər. Heç bir sistem işçisi bilmirdi ki, onların əlindəki yemək üçündür. Onlar qurudu daş hesab edirdilər. Qeyd edim ki, quruda duz vuraraq xəmir kimi yoğurub yumrulayır və qurudurlar. Qurudu uzun müddət saxlamaq olur. İstifadə zamanı qurud isti su ilə yuyulub təmizlənərək məhlul halına salınır. Alman əsirlər bütün çəkdikləri əziyyətlərə baxmayaraq vicdanlarını qoruyub saxlayırlar.

Bir dəfə Mircəfər Bağırova xəbər çatır ki, hərbi əsirlər işləməkdən imtina edib. Respublika rəhbəri bunun səbəbini öyrənmək üçün özü tikintiyə gəlir və əsirlərin nəyə etiraz etdiklərini soruşur. Onlar bildirirlər ki, tikintiyə verilən sement keyfiyyətsiz olduğu üçün onu divara vurmağa əlləri gəlmir... 1955-ci ildə Almaniya (AFR) kansleri Konrad Adenauerin Moskvaya rəsmi səfərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin hərbi cinayət törətmiş əsirlərin vaxtından əvvəl öz ölkələrinə repatriasiya olunması haqqında qərar verib.

Bu qərarla 14 min hərbi cinayət törətmiş alman əsiri Almaniyaya təhvil verilib. Sovet mənbələrinə görə, SSRİ-dən Almaniyaya 2 milyona yaxın əsir təhvil verilib. Əsirlik müddətində ölən almanları sayı isə 357 min nəfər olub. Alman mənbələrinə görə isə Sovetlər Birliyinin əsirliyində ümumilikdə təqribən 3,15 milyon Vermaxt (Alman ordusu) əsgəri olub. Onlardan 1,1-1,3 milyonu əsirlikdə dünyasını dəyişib”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aldığı zədə karyerasını bitirə bilər

Aldığı zədə karyerasını bitirə bilər

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Sumqayıtda 39 yaşlı qadın dəm qazından ölüb

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

Çin şirkəti ilə bərpa olunan enerji layihələri MÜZAKİRƏ EDİLDİ - FOTO

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

PSJ-nin baş məşqçisi Premyer Liqa YOLUNDA

Xərçənglə mübarizədə albalının rolu

Xərçənglə mübarizədə albalının rolu

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Qətər İranın iki attaşesini “persona non grata” ELAN ETDİ

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

Avropa Liqasında 1/4 finala ilk onlar yüksəldilər

“X”-in işində problem YARANDI

“X”-in işində problem YARANDI

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

Aktrisanın dostları ilə əyləndiyi restoranda rəfiqəsinin ərinə xəsarət yetirdilər - VİDEO

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

"11 il ərzində bir dəfə də olsa, mənə inanmadılar" - Kenan Yıldız

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Yevlaxda inəklər gənc qadına hücum etdi - ÖZƏL

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

Ceyhun Bayramov Ər-Riyadda Hakan Fidanla görüşüb

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

İran Qətərdə neft emalı zavodunu vurdu - VİDEO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Alena Əliyeva inklüziv incəsənət sərgisində - FOTO

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Birinci Liqa: “Şəfa”dan növbəti QƏLƏBƏ

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Dostundan Vüsaləyə: “Qoymadın bir adam qalsın” - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Yeni Günəşlidə su xətti yenidən partladı, sakinlər şikayətçidirlər - VİDEO

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

Qubada ər arvadını öldürdü - Daha sonra isə…

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

BƏƏ İranda yerləşən Pars yatağına edilən hücumu PİSLƏDİ

"Eşref Rüya"da daha bir sima - FOTO

"Eşref Rüya"da daha bir sima - FOTO

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

“Beşiktaş” Polşa klubunun hücumçusu ilə MARAQLANIR

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

İlham Əliyevin sosial media hesablarında Qarabağda keçirdiyi Novruz bayramları ilə bağlı VİDEOÇARX paylaşılıb

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

ABŞ və İsrailin hücumlarından İranda Türkiyə vətəndaşı öldürülüb - FOTO

End of content

No more pages to load

RADİO