Qızılca xəbərləri niyə panikaya salacaq formada TƏQDİM EDİLİR? – Təzadlı AÇIQLAMA 

Azərbaycanda koronavirusdan sonra ilk dəfədir ki, qızılcaya sürətlə yoluxma qeydə alınır. Mətbuatda və sosial şəbəkələrdə yayılan informasiyalara inansaq, deyə bilərik ki, ölkədəki uşaqların yarıdan çoxu artıq bu virusa yoluxub. 

Qızılca əsrlərdir elmə məlumdur və peyvəndi var. Üstəlik tədqiqatlar göstərir böyüklərdə uşaqlarla müqayisədə xəstəlik daha ağır keçir. 
 

MÖVZU İLƏ BAĞLI:

Nazirlikdən qızılca peyvəndi ilə bağlı valideynlərə XƏBƏRDARLIQ 


Bəs virus, xüsusən də qızılcadan ölüm halları niyə insanları panikaya salacaq dərəcədə, emosiyalara təsir edəcək formada təqdim edilir?

Mətbuat Şurasının sədri Rəşad Məcid Bizim.Media-ya bildirib ki, baş verən hadisələri şişirtmək sarı mediaya xas olan xüsusiyyətlərdir:

“Medianın əhatə dairəsi genişlənib və sosial şəbəkələr də bura daxildir. Biz sosial şəbəkələrdəki hay-küyün ciddi peşəkar mediaya da transfer olduğunun şahidi oluruq. Elə yaxın günlərdə baş verən zəlzələ ilə bağlı yayılan xəbərlərdə də biz bunu müşahidə etdik. Mən buna öz etirazımı bildirdim”. 

R.Məcid qeyd edib ki, qızılca ilə bağlı da şişirdilmiş informasiyalar gözə dəyir:

“Bu virus əsrlədir davam edən xəstəlikdir. Analarımız, nənələrimiz vaxtilə qızılcanın qarşısını təbii üsullarla alıblar. Əslində mən diqqət edirəm ki, bir çox həkimlər, ekspertlər qızılcaya münasibətini çox soyuqqanlı şəkildə bildirirlər. Media qanununa “Media savadlılığı” bəndi əlavə olunub və bu, o deməkdir ki, ictimaiyyət hər yazılan informasiyaya inanmamalı, panikaya düşməməlidir. 

Media savadlılığı cəmiyyətimiz üçün çox vacib bir məsələdir. Çünki media əvvəlki illərdəki kimi peşəkar deyil. İndi bu addan istifadə edən qeyri-peşəkarlar çoxdur. Buna görə də mən ictimaiyyəti hər yayılan informasiyaya inanmamağa çağırıram”. 

Pediatr Vaqif Qarayev isə əksinə düşünür. Həkim qızılca ilə bağlı yayılan xəbərlərin panika deyil, reallıq olduğunu bildirib:

“Panikaya düşməyək, bəs ölənləri hara yazaq? Bir uşağın ölməsi bir ailənin faciəsidir. Bir həkimin əməliyyat səhvini böyüdürük, amma uşağa gələndə deyirik ki, qızılca çoxdan var. Bu nə yanaşmadır axı? Statistikaya nəzər yetirsək görərik ki, 2021-ci ildə qızılcaya heç kim yoluxmayıb. Bunun səbəbi koronavirus səbəbilə insanların evə qapanması oldu. Bütün vicdanlı, işini bilən infeksionistlər hayqırır ki, insanlar peyvənd olunsunlar. Çoxu da bu fikrə etiraz edir.

Yaxşı bəs nə edək? 

Bu, sanki kosmonavtika mühəndisinin kosmik gəminin texnikası ilə bağlı fikirlərinə etiraz etmək kimi bir şeydir. Peyvənd olunmaq könüllüdür, bəli. Amma peyvənd olunmayan kimsə də vaksin olunan şəxsin hüququnu pozmuş olur. Yəni sənin peyvənddən imtina hüququn başqasını yoluxdurma hüququna birbaşa təsir edir. 

Əvvəllər valideynlər məcburi şəkildə uşaqlarını vaksinasiyaya cəlb edirdilər. Biz müstəqil olandan sonra avropalaşdıq, müasirləşdik, kosmosa çıxdıq və hüquq verildi ki, vaksinasiya könüllü olsun. Lakin sosial şəbəkələr yaranandan sonra, əsasən də son on ildir ki, insanlar peyvənddən qorxurlar”. 

Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

End of content

No more pages to load

RADİO