Qızılcadan bu yolla qorunmaq olar - RƏSMİ 

"Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır". 

Bizim.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-infeksionisti Səbinə Cəfərova nazirliyin rəsmi saytına açıqlamasında bildirib. 

Onun sözlərinə görə, qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir: 

"Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatçılığı azaltmağa kömək edir. 

Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar. Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir". 

Həkim deyib ki, əgər ana qızılca keçiribsə, uşaqlarda 3 aya qədər bir qayda olaraq passiv immunitetin olması ilə əlaqədar körpələr qızılca ilə xəstələnmir: 

"Bu immunitet 9 ayından sonra itə bilər. 3 aydan 1 yaşa qədər uşaqlar əsasən bu hallarda qızılca virusuna yoluxa bilər: ana qızılca xəstəliyini keçirməyib və peyvənd olunmayıbsa. Qızılca peyvəndindən sonra orqanizmdə davamlı (təxminən 10-13 il) bu xəstəliyə qarşı immunitet yaranır. Xəstəlik insandan insana keçərək yoluxdurulur. Öskürmə, asqırma, yoluxan şəxslə fiziki təmas xəstəliyin ötürülməsinə səbəb olur. 

Qızılcaya yoluxan insan asqırdıqda və öskürdükdə havaya yayılan virus 1 saat havada qala bilər. Qızılca virusu sağlam uşağa keçdiyi zaman boğaz ilə burunun birləşdiyi hissəyə daxil olur və limfa düyünlərinə çatır. Oradan isə qan dövranı ilə bədənə yayılır və müxtəlif orqanlarda hüceyrə sisteminə daxil olub çoxalmağa başlayır. 
Qızılca burun axması, halsızlıq, quru öskürək, yüksək hərarət, ağız boşluğunun selikli qişasında və yanaqların daxili səthində kiçik boz rəngli ləkələr kimi əlamətlərlə müşahidə olunur.

Xəstəlik, həmçinin gözlərin qızarmasına və işığa qarşı həssaslığın artmasına, qulaq və boyun arxasında səpgilərə səbəb ola bilər. Səpgilər ardıcılıqla, əvvəlcə üzdə, bədəndə, sonra qol və ayaqlara yayılır. Bu proses əsasən 4 gün davam edir. Səpgilər solduqca uşaqlarda qızdırma da aşağı düşür. Öskürək təxminən 10 gün davam edir. 

Yüksək qızdırma (38-40 °C) xəstəliyin 4-8 günlərində olur. Böyüklərdə isə səpgilər uşaqlara nisbətən daha az olur. Qızılca ilə xəstələnən uşaqlar təxminən 1 həftə ərzində sağalmağa başlayır. Lakin bəzi hallarda daha uzun müddət tələb olunur". 

Həkim qeyd edib ki, qızılca immun sistemini müvəqqəti olaraq zəiflədir, bu da uşaqları başqa infeksiyalara qarşı daha həssas edir və xəstəliyi ağırlaşdıra bilən ikincili bakterial infeksiyalara səbəb olur: 

"Qızılca uşaqlarda sətəlcəm, meningit, boyun limfa düyünlərinin şişməsi, orta qulaq infeksiyaları və ensefalit kimi müxtəlif fəsadlara səbəb ola bilər. Bu xəstəlik zəif qidalanan uşaqlarda A vitaminin azalmasına səbəb olur. Bu isə digər fəsadların artması riskinə gətirib çıxardır və göz sağlamlığına təsir göstərir. 

Əgər uşaqlarda qızılcanın digər fəsadları, xüsusən də ensefalit, meningit, sətəlcəm kimi ağırlaşmalar inkişaf edirsə, o zaman bu uşaqları xəstəxanaya yerləşdirmək lazımdır. 

Əgər qızılca diaqnozu təsdiqlənibsə, valideynlər məktəbə, uşaq bağçalarına bu barədə bildirmələri tövsiyə olunur. Sağlam uşaq qızılca xəstəsi ilə təmasda olduğu təqdirdə, ona 72 saat ərzində qızılcaya qarşı peyvənd edilməlidir. 

Xəstə uşağın ayrı otaqda saxlanması tövsiyə olunur. Otağın tez-tez havalandırılması və günəş işığı düşməsinə, eyni zamanda otaqda rütubətə diqqət yetirilməlidir. Xəstə uşağa qulluq edən şəxslər maskadan istifadə etməlidirlər. Uşağın rasionuna A vitamini ilə zəngin qidaları, məsələn, yerkökü, həmçinin portağal, yumurta və s. ərzaqları daxil etmək tövsiyə olunur. 

Qızılcanın xüsusi müalicəsi yoxdur. Sadəcə immuniteti gücləndirən müalicə aparılır. Qızılca xəstəliyinə tutulan uşaqların müalicəsi ilk növbədə simptomların aradan qaldırılmasına, fəsadların qarşısının almasına, düzgün istirahət və maye qəbulunun təmin edilməsinə yönəlməlidir. 
Uşaqlarda optimal gündəlik rejimin təmin edilməsi vacibdir. Kifayət qədər yuxu və fiziki fəaliyyətin azalması virusla mübarizə aparmağa kömək edir. Gözlərdə konyunktiviti olan uşaqlarda gözləri yumşaq bir şəkildə təmizləmək lazımdır və parlaq işıqlardan qaçınmaq həmin narahatçılığı azaltmağa kömək edir. 

Yüksək temperatur zamanı qızdırmasalıcı dərmanlar qəbul etmək olar. Qızılcanın qarşısını peyvənd olunaraq almaq olar. Ona görə də uşaqları bu yoluxucu xəstəlikdən qorumaq üçün Səhiyyə Nazirliyi tərəfindən tövsiyə olunan peyvənd cədvəlinə riayət etmək vacibdir. 

Qızılca əsasən körpə və azyaşlı uşaqlar arasında yayılan bir xəstəlikdir. Xüsusi müalicəsi olmasa da, uşağın immun sistemini gücləndirmək, simptomları yüngülləşdirmək, ağırlaşmaları aradan qaldırmaq mümkündür. 

Qızılca və xəstəliyin ötürülməsinin qarşısını almağın ən effektiv yolu vaksinasiyadır. Peyvənd əsasən uşaqlıq dövründə (12-15 ay və 6 yaşda) vurulur. 2014-cü ildən vaksin preparatları Azərbaycana Səhiyyə Nazirliyi tərəfindən UNICEF xətti ilə gətirilir. İstehsalçı ölkədən asılı olmayaraq ölkəyə daxil olan bütün vaksinlər Ümumdünya Səhiyyə Təşkilatının təhlükəsizlik və effektivlik standartlarına cavab verir. 

Həkim məsləhəti kimi, bir çağırış olaraq valideynlərə demək istərdim ki, övladlarının sağlamlığına son dərəcədə diqqətli olsunlar. Uşaqlarının qızılcadan qorunması, yoluxma hallarının qarşısının alınması məqsədilə mütləq olaraq 1 və 6 yaşlarında 2 dəfə peyvənd etdirsinlər. 
Peyvəndin 1-ci dozasını vaxtında almayan uşaqlar tez bir zamanda vaksinasiya olunmalı, 6 yaşına çatdıqda isə peyvəndin 2-ci dozasını almalıdırlar. Hər hansı səbəbdən peyvəndin 2-ci dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar tez bir zamanda peyvəndin 2-ci dozasını almalıdırlar.

Peyvəndin hər iki dozasını vaxtında almayan 10 yaşa qədər uşaqlar minimum 4 həftə intervalla peyvəndin hər iki dozasının alması tövsiyə olunur.

Valideynlərin nəzərinə çatdırım ki, uşaqlarının vaksinasiyası üçün onların yaşayış yeri üzrə uşaq əhalisinə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət etsinlər. Peyvənd qızılcaya yoluxan uşaqlarda xəstəliyin şiddətini və yayılmasını əhəmiyyətli dərəcədə azaldır. Qızılca peyvəndinin ilk dozasının qoruyuculuğu təxminən 95%-dir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

Tramp İran xalqına SƏSLƏNDİ: “Etirazları davam etdirin”

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

ABŞ və Ermənistan arasında Tramp marşrutunun reallaşması ilə bağlı birgə bəyannamə TƏSDİQLƏNDİ

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

“Bacılarımı elə insanlar müzakirə etdilər ki, məəttəl qaldım” - VİDEO

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Yeniyetməyə qarşı seksual hərəkətlərdə ittiham olunan şəxslər HƏBS EDİLDİLƏR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

Üç ölkə ABŞ-ı İrana zərbələr endirməməyə razı salmağa ÇALIŞIR

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

"Oğlumu evləndirəndə bürclərini yoxlatdırdım" - VİDEO

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Növbəti Bundesliqa matçı TƏXİRƏ SALINDI

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Ali Rada Şmıqalın energetika naziri postuna təyinatını RƏDD ETDİ

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

Qazaxda AĞIR QƏZA: Bir nəfər həyatını itirdi

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

BDU-nun tələbələri bu universitetlərə köçürülür – SƏBƏB

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Könül Kərimova ilə Nazilə arasında QALMAQAL - VİDEO

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Sabah Naxçıvanın bəzi yerlərində işıq olmayacaq

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Yasamalda avtomobil yanıb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizliyi MÜZAKİRƏ ETDİ

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ayxan Abbasov millimizin üzvü ilə görüşdü

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

Ağdərənin yaşlı sakini Prezidenti belə QARŞILADI: “Sənin boyuna qurban” - VİDEO

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

SON DƏQİQƏ! Azərbaycan güclü zəlzələnin astanasında: Bu ərazilərdə gözlənilir...

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

Füzulidə 33 yaşlı kişi həyat yoldaşını oğurladı - TƏFƏRRÜAT

End of content

No more pages to load

RADİO