Ötən günə olan məlumata görə, Qusarda 33 şagird qızılcaya yoluxub.
Rayon üzrə bu rəqəm 35 nəfər təşkil edir, virusa yoluxan 2 nəfərdən biri azyaşlı, biri isə 18 yaşdan yuxarı şəxsdir.
Bu barədə Bizim.Media-ya Qusar Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
Qeyd olunub ki, qızılcaya yoluxan şagirdlər rayonun kənd məktəblərindəndirlər. Hazırda onların hamısı ambulator - ev şəraitində müalicə olunur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu