Qızılca xəstəliyinə ikinci dəfə yoluxmaq mümkündür? - AÇIQLAMA  

Ölkə ərazisini ağuşuna alan qızılca xəstəliyi gündəmin əsas mövzusudur. Təkcə uşaqlar deyil, böyüklər arasında da müşahidə edilən yoluxmalar hər kəsdə təşviş yaradıb. Ekspertlərin bəziləri hesab edirlər ki, bu xəstəlik qızılcanın başqa növüdür, hansısa virusdan qaynaqlanır. Əslində, “qızılca xəstəliyini hamı keçirməlidir” kimi bir anlayış uzun illərdir ki, insanların beynində formalaşıb. Əbəs yerə deyil ki, el arasında “qəbirdə də olsan, qızılcanı çıxarırsan” deyirlər. Lakin həkimlər bu anlayışı tamamilə mif adlandırırlar. Hazırda vətəndaşları ən çox qorxudan “Əvvəllər qızılca keçirənlər ikinci dəfə yoluxa bilərlərmi?” sualıdır. 

Bizim.Media xəbər verir ki, tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla ”pravda.az”ın bu barədə suallarını cavablandırıb. 

Professor deyib ki, qızılca xəstəliyinə yoluxma ömürdə bir dəfə olur: 

“Sonra insanda daimi immunitet yaranır, ikinci dəfə yoluxma olmur. Amma heç vaxt qızılcaya yoluxmayanlar peyvənd olunsalar belə, qızılcaya yoluxa bilərlər. Sadəcə, peyvənd olunduqları üçün xəstəliyi çox yüngül keçirirlər. Buna görə də vaksinasiya vacibdir”. 

A.Qeybulla hazırda kəskin şəkildə yayılan qızılcanın hansısa virusdan qaynaqlandığını iddia edənlərə isə belə cavab verib: 

“Qızılca xəstəliyi qızılca virusu tərəfindən törədilir. Hazırda yayılan xəstəliyi törədən də eyni qızılca virusudur. Heç bir başqa virusdan söhbət gedə bilməz. Sadəcə, epidemioloji vəziyyətin pisləşməsi bununla bağlıdır ki, uşaqların müəyyən kateqoriyası müdafiəsizdir. Çünki valideynlər bir müddət milli peyvənd təqvimi üzrə peyvəndləməyə laqeyd yanaşıblar, uşaqlar peyvənd olunmayıblar. Buna görə də müəyyən kateqoriyalı uşaqlar peyvənddən kənarda qalıblar.

Nəticədə, bu cür kəskin yoluxmalar var. Müdafiəsiz, immuniteti olmayan uşaqlar qızılcadan xəstələnirlər. Zamanında da həmişə qızılcadan kütləvi uşaq ölümü olurdu. Bu gün də eyni şeyin şahidiyik. 
Qızılca yoluxucu xəstəlikdir. Kəskin pnevmoniyaya və beyin ödəminə gətirib çıxara bilər. Ölümün də əsas səbəbi budur. Valideynlər uşaqlarını zamanında peyvənd etməyiblər, qaçıblar, bəziləri imtina ərizəsi yazıb. Ən birinci bu məsələnin üzərində dayanmalıyıq. Hesab edirəm ki, dövlətin müvafiq orqanı bununla bağlı təcili işlər görməlidir. Vaksinasiya icbari xarakter almalıdır. Bu, hansısa arzuya bağlı ola bilməz. Epidemioloji vəziyyəti nəzərə alaraq icbari peyvəndləmə başlanmalıdır. Vəziyyətdən çıxış yolu ancaq budur”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

End of content

No more pages to load

RADİO