Xəstəxanalarda “donan” SİSTEM – Həkim qəbuluna düşmək niyə PROBLEMƏ ÇEVRİLİB?

2021-ci ildən bütün ölkədə tətbiq edilən icbari tibbi sığortadan xeyli sayda vətəndaş yararlanıb. Bu xidmət vətəndaşlara maliyyə baxımından üstünlüklər yaratsa da, bu sahədə problemlər qalmaqdadır.

Xəstəxanalarda yaşanan əsas problem növbəliliklə bağlıdır. Onlayn növbə sistemi olmadığı üçün xəstəxanaların özündə növbəyə yazılmaq lazımdır. Dərdini götürüb getdiyin xəstəxanada həkim müayinəsinə qədər xeyli vaxt itirib, müəyyən peroseslərdən keçirsən.
Öncə həkimin qəbuluna düşmək üçün qəbz növbəsində, daha sonra həkim otağının, verəcəyin analizlər üçün laboratoriyaların qarşısında gözləməli olursan. Bəzən bu proseslərin ləngidiyi üçün nahar fasiləsinə düşməsi, həkimin ezamiyyətdə olması, bəzi xidmətlərin müəyyən saat çərçivəsində göstərilməsi xəstəni növbəti gün də tibb müəssisəsinə gəlməyə vadar edir.

Tələb çox olduğu üçün bunlar başa düşüləndir. Bəzi xəstəxanalarda isə qəbzi təqdim edən sistem saatlarla işləmir. Bununla bağlı xeyli sayda şikayət var.

Vətəndaşlar xəstəxanalarda tez-tez “sistem donub” ifadəsi ilə rastlaşdıqlarını, bunun da növbənin uzanmasına gətirib çıxardığını yazırlar. Şikayətlərdən biri paytaxtdakı 13 saylı uşaq poliklinikasındandır. İşdən icazə alaraq övladını həkimə gətirən valideyn bu problemdən dolayı iki saat xəstəxanada gözlədiklərini sosial şəbəkədə yazıb.

Digər vətəndaşların da buna oxşar şikayətləri var və bu problem rayon xəstəxanlarında çoxluq təşkil edir.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür problem digər dövlət qurumlarında aparılan təkmilləşmə işlərindən qaynaqlanır:

“Xəstəxana məlumatlarının idarəetmə sistemi vətəndaşlara vaxtında və keyfiyyətli tibbi xidmət göstərmək üçün bir sıra dövlət qurumları ilə inteqrasiyalı şəkildə fəaliyyət göstərir. Proqram təminatını uğurla tətbiq edə bilmək üçün vaxtaşırı təkmilləşdirilmə işlərinə zərurət yaranır.
Digər dövlət qurumlarının sistemində təkmilləşmə işləri aparıldığı üçün qısa bir müddət xəstəxana məlumatlarının idarəetmə sistemində problemlər qeydə alınıb. Hazırda təkmilləşmə və inteqrasiya işləri tam yekunlaşıb və hər hansı problem mövcud deyil”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Fərqanə Qasımovadan qızının toyunda qadağa

Fərqanə Qasımovadan qızının toyunda qadağa

Prezident Ağdərə sakinləri ilə görüşü ilə bağlı paylaşım etdi – VİDEO

Prezident Ağdərə sakinləri ilə görüşü ilə bağlı paylaşım etdi – VİDEO

“Traxtur”un keçmiş futbolçusu etirazlarda öldürüldü – FOTO

“Traxtur”un keçmiş futbolçusu etirazlarda öldürüldü – FOTO

Xaçmazda zəncirvari qəza – XƏSARƏT ALAN VAR

Xaçmazda zəncirvari qəza – XƏSARƏT ALAN VAR

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır – VİDEO

100 il əvvəlki planın YENİ MƏRHƏLƏSİ – Pəhləviləri iqtidara kim, necə gətirmişdi?

100 il əvvəlki planın YENİ MƏRHƏLƏSİ – Pəhləviləri iqtidara kim, necə gətirmişdi?

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Qonşu ölkəni şaxta vurdu - Məktəblər bağlandı

Xırdalanda bir-birinə yapışan evlər - Xaotik vəziyyət - VİDEO

Xırdalanda bir-birinə yapışan evlər - Xaotik vəziyyət - VİDEO

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Bakıda böyük söküntü başlayır - 1600-dən çox ev və tikili söküləcək

Rubiodan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

Rubiodan Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA

İlin ən xoşbəxt bürcləri - Bəxtləri açıldı

İlin ən xoşbəxt bürcləri - Bəxtləri açıldı

Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədin TAM MƏTNİ

Zəngəzur dəhlizi ilə bağlı imzalanan sənədin TAM MƏTNİ

İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır

İranla bağlı qorxunc İDDİA: Ölənlərin sayı 20 minə çatır

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Avropa bankları Bakı milyonçusunun pullarını QAYTARMIR

Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

Müştərilərdən “əlaltı” pul ALANLAR - Gözəllik salonlarında ƏDV-nin geri alınmasına başlanılıb?

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI – VİDEO

Yaşa görə pensiya 629 manat olacaq - Nazir artımları AÇIQLADI – VİDEO

Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

Tovuzda 2 yük maşını toqquşdu - Sürücülər xəstəxanalıq oldu

BİZİM TƏQVİM:14 yanvarda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:14 yanvarda baş vermiş tarixi hadisələr

Hakan Çalhanoğlu sıradan çıxdı

Hakan Çalhanoğlu sıradan çıxdı

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Bakıda arvadını bıçaqlayan Əfqanıstan vətəndaşına 16 illik HƏBS CƏZASI

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

Prokurorluq orqanlarına qəbul edilmiş gənc hüquqşünaslar AND İÇDİLƏR - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

"Real"ın məşqçilər heyəti müəyyənləşdi - FOTO

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

Yeni nəslin beyni buna görə "ÇÜRÜYÜR"

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

"Mançester Yunayted" yeni baş məşqçisini AÇIQLADI

End of content

No more pages to load

RADİO