Uşaqları qızılcaya qarşı peyvənddən çəkindirən həkimlər KİMDİR? – Pediatrdan SƏRT REAKSİYA

Son günlər respublikanın bəzi bölgələrində qızılcaya yoluxma halları artıb. Zaqatala, Cəlilabad və Kürdəmirdə qızılcanın yayılması və ağırlaşma halları ilə xəstəxanaya müraciət edənlərin sayında artım var. Cəlilabadda son bir ay ərzində 10 tələbə qızılca virusuna yoluxub.

Üç gün əvvəl isə Kürdəmirdə qızılcaya yoluxan və qızdırması düşməyən 4 yaşlı körpə xəstəxanaya gətirilərkən vəfat edib.
 

MÖVZU İLƏ BAĞLI:

Kürdəmirdə məktəblər qızılca xəstəliyinə görə bağlanıb? - AÇIQLAMA 


Səhiyyə Nazirliyinin məlumatına görə, yoluxma halları və ağırlaşmalar qızılca əleyhinə peyvənd olunmayan uşaqlar arasında qeydə alınıb. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yaydığı məlumatda da qızılcadan qorunmaq üçün peyvənd olunmağın vacibliyi qeyd edilib. Qızılca əleyhinə peyvəndin ödənişsiz şəkildə tətbiq olunduğu vurğulanıb.

Buna baxmayaraq, son illər valideynlər arasında uşaqlara tətbiq edilən peyvəndlərə qarşı etibarsızlıq, inamsızlıq var. Valideynlər peyvəndlərin xəstəlik, fiziki qüsurlar yaratdığını bildirərək bundan imtina edirlər. Bəzi valideynlərin iddiasına görə, tibb müəssisələrində çalışan həkimlərin özləri valideynlərə peyvənd olunmamağı məsləhət görürlər. Onlar peyvəndin həm də Hindistanda istehsal olunduğunu əsas gətirərək uşaqlarını bundan “qoruyurlar”. 

Maraqlıdır, valideynlər arasında peyvənd haqqında bu fikirləri kim yayır? Bu fikirlərin formalaşmasında günahkar kimdir?

Mövzu ilə bağlı pediatr həkim Vaqif Qarayev Bizim.Media-ya açıqlamasında peyvənd haqqında yayılan fikirlərin əsassız olduğunu bildirib:

“Qızılca yoluxucu xəstəlikdi, yoluxma daha çox bağça və məktəbdə sürətlə yayılır. Qızılcadan qorunmağın yeganə yolu peyvənddir, başqa yol yoxdur. Bütün dünyada belədir, Sovet dönəmində bu peyvənd səhiyyənin strateji qolu idi. Xatırlayıram ki, bəzi cahil valideynləri polislə poliklinikalara gətirirdik. 

İmtina nədir, kim imtina edə bilərdi? 

İndi uşaq hüququ, valideyn, ananın hüququ deyilir və mən bunu anlayıram. Təbii ki, kiminsə peyvənd vurdurmamaq hüququ var, amma mənim uşağımı yoluxdurur. COVID-19-dan sonra sosial şəbəkədə peyvənd əleyhinə gedən ordu yaranıb. Kefləri nə istəyir yazırlar, amma heç biri də ciddi bir elmi mənbəyə, mərkəzə istinad olunmur. 

Biri yazır ki, peyvənd zəhərləyir, autizim, əlillik yaradır. Amma ciddi sübutu yoxdur. Bir vaksin ki sənin uşağını ölümdən qoruyur, o necə ziyan verə bilər? Koronavirusdan sonra boşboğaz kütlə üçün bu, əsl mövzu idi. Onu da deyim ki, qızılca elə də ağır xəstəlik deyil, simptomatik müalicəsi var, amma ağırlaşması çox təhlükəlidir”.

Həkim vaksinlərin tərkibinin eyni olduğunu, beynəlxalq standartlardan keçdiyini qeyd edib:

“İstənilən vaksin beynəlxalq standartlardan keçib, sonra istifadəyə verilir. Yəni heç kim ətəyində vaksin gətirib Azərbaycanda sata, poliklinikaya verə bilməz. Bu mümkünsüzdür. COVID-19-dan qabaq qızılca geniş yayılmışdı, təcrid vaxtı bunlar aradan çıxdı. Yenidən yoluxma artıb. İndi baxırıq ki, qızılca ən çox rayonlarda və peyvənd olunmayan uşaqlardadır. Qızılca peyvəndi davamlı immunitet almaq üçün iki dəfə, 1 və 6 yaşında olunur”.

Vaqif Qarayev övladlarını peyvənd olunmaqdan çəkindirən həmkarlarını qınayıb:

“Mənə valideynlər deyirlər ki, həkim deyir ki, peyvənd eləmə. Bunu bir, iki adam demir. Az olsa, ananın özünü qorumaq üçün dediyini fikirləşərsən. Bu, dəhşətdir. Əlim çatmır, yoxsa həmin həkimin yaxasından tutub o sualı verərdim ki, bəs nə məsləhət görürsən? Ana uşağını bu infeksiyalardan necə qorusun?! Adam dəli olmaq dərəcəsinə çatır. İlin-günün bu vaxtı təbabətin, tibbin əleyhinə necə getmək olar. Deyirlər ki, peyvənd laızm deyil. Bəs nə lazımdır, deyin bilək də...”- deyə pediatr əsəbiləşib.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Bakının bu ərazisində ilk dəfə yeni svetoforlar quraşdırıldı

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

End of content

No more pages to load

RADİO