Uşaqlar arasında viruslar niyə geniş YAYILIB? – İnfeksionistdən valideynlərə ÇAĞIRIŞ

Son vaxtlar uşaqlar arasında Hepatit A, qızılca, suçiçəyi, məxməri və bu kimi viruslar geniş şəkildə yayılmaqdadır. Bir müddət əvvəl Mingəçevir şəhərinin “Tərəvəzçilik” yaşayış massivi ərazisində 5 məktəblinin Hepatit A virusuna yoluxması faktı aşkar edilmişdi. Ardınca, bəzi bölgələrdə də qızılca, suçiçəyi, məxməri və bu kimi virusların yayıldığı açıqlandı.

Valideynlərin bildirdiyinə görə, bu viruslara yoluxan övladları xəstəliyi ağır keçirirlər. Bədənlərinin bütün hissələri, hətta əllərinə qədər qızılcanın və ya suçiçəyinin əlamətləri örtülür ki, bu da yüksək qızdırmanın, iştəhasızlığın və halsızın ortaya çıxmasına səbəb olur.

Bəzi infeksionistlər deyirlər ki, orqanizmin immun sistemi zəiflədiyi zaman yoluxucu xəstəliklərə qarşı müqavimət azalır. Uşaq orqanizmi daha zəif olduğu üçün onlarda qızılca və suçiçəyi kimi infeksiyalara yoluxma riski daha çox olur.

Bəs bu virusların yayılmasının əsl səbəbləri nədir? Yayılma niyə belə geniş xarakter alıb?

Azərbaycan Tibb Universitetinin yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, həkim-infeksionist Vüqar Cavadzadə Bizim.Media-ya açıqlamasında əvvəlcə Hepatit A virusunun elə də geniş arealda yayılmadığını və bununla bağlı ciddi göstəricinin qeydə alınmadığını söyləyib:

“Yalnız Mingəçevir şəhərində ortaya çıxdı və cəmi 5 nəfərin yoluxduğu məlum oldu. Bu da ciddi artım deyil. Bir sözlə, ölkədə epidemik vəziyyət nəzarət altındadır. Qızılcanın, məxmərəyin və su çiçəyinin yayılması ilə bağlı da elə ciddi epidemik göstəricilər qeydə alınmayıb. Hər il ölkə daxilində bu üçü də müşahidə olunur. Düzdür, qızılcaya yoluxanların sayında bir qədər artım var ki, bu da gözlənilən idi. Ona görə ki, uşaqlara tətbiq olunan vaksinasiya prosesi pandemiya dövrünə düşdü və valideynlər bunu edə bilmədi. Bu baxımdan pandemiyadan sonra bu xəstəliklərin artacağı gözlənilən idi”.

Onun sözlərinə görə, hər bir infeksion xəstəliyin müəyyən dövrlərdə, yəni 5 və ya 10 ildən bir artması müşahidə oluna bilər:

“Azərbaycanda Hepatit A virusuna nadir hallarda rast gəlinib ki, bu da bəzən statistikaya ya düşüb, ya da düşməyib. Virus Mingəçevirdə aşkar olunandan sonra isə insanlar bununla daha çox maraqlanmağa və yayılma səbəblərini öyrənməyə başladılar”.

ATU əməkdaşının sözlərinə görə, hepatitlərin törətdiyi bu virus həmişə mövcud olub:

 “Viruslar daim yaşayır, yoluxma halları müşahidə edilir və bundan sonra da baş verəcək. Bundan üçün iki cür – ümumi və prefisit profilaktik tədbirlər mövcuddur. Bu virus əsasən qida, su, məişət, yaxın təmas və pis gigiyenik şəraitdən yaranır. Xəstəliyə yoluxmamaq üçün qeyd edilən hallarla bağlı diqqətli olmaq lazımdır.

Hamıya başa salmaq lazımdır ki, suyu qaynatmamış içmək olmaz. Prefisit tədbirlər zamanı isə virusa qarşı vaksinasiya var. Yəni, iki dəfə peyvənd olunmaq lazımdır və hər ikisinin arasında təxminən 1 il fasilə olur. Adıçəkilən virusa daha çox uşaqlar arasında rast gəlindiyi üçün onları planlı şəkildə vaksinasiyaya cəlb etmək mütləqdir ki, xəstəliyə yoluxmasınlar. Böyüklər arasında isə virusa rast gəlinməyib”.

Qızılcaya gəlincə, müsahibimiz qeyd etdi ki, uşaqlar doğulduqdan sonra planlı şəkildə buna qarşı da peyvəndlənmə aparılmalıdır: “Azərbaycanda “Milli Təqvim Planı” adlı proqram hazırlanıb və sənəddə, qızılca, məxmərək, epidemik parotit kimi viruslara qarşı da peyvəndlərin vurulması nəzərdə tutulub. Əgər 2 və ya 3 il əvvəldən qızılcaya qarşı vaksinasiya aparılsaydı, bu gün geniş yayılmazdı və heç kim də xəstələnməzdi. Yoluxsaydı belə yüngük keçirərdi. Suçiçəyinə qarşı da peyvənlənmə mümkündür. Bu da digərləri kimi əsasən uşaqlar arasında müşahidə olunur və hava-damcı yolu ilə yayılır. Qorunmaq üçün maskalardan da istifadə etmək olar”.

Bəs adıçəkilən viruslar hansı fəsillərdə daha çox yayılır?

İnfeksionist bunların daha çox mövsümü xarakter daşıdığını vurğuladı: “Əsasən də qış və yaz aylarında müşahidə olunur. Amma digər fəsillərdə də baş verə bilir ki, bunu da sporadik hal adlandırırlar. Hepatit A isə daha çox yay və payız aylarında baş verir. Mingəçevirdəki son hadisə də göstərdi ki, payız fəslində də baş verə bilər”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Lionel Messi karyerasında 900-cu qolunu vurdu – VİDEO

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Türkiyədə Azərbaycan vətəndaşı döyülərək eyvandan atıldı

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Rəsmi Bakı: “İrandan Naxçıvana hücumun hərtərəfli araşdırılmasını gözləyirik”

Cibləri pul ilə dolacaq 3 bürc

Cibləri pul ilə dolacaq 3 bürc

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Marko Rubio və Pit Heqset HƏDƏFDƏ: Naməlum dronlar onları izləyir

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Bu məsələlərdə əsla süni intellektə ETİBAR ETMƏYİN!!!

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Yeni məzənnə: Avro və rus rublu ucuzlaşdı

Sabahdan 11 günlük tətil başlayır

Sabahdan 11 günlük tətil başlayır

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

"Sabah" bu gün "Sumqayıt"ı sınağa çəkəcək

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

Baba Vəziroğlunun ailəsində AĞIR İTKİ

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

XƏBƏRDARLIQ: Yerə təyyarə böyüklüyündə asteroid yaxınlaşır

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

Telefonunuzda bu tətbiq varsa, dərhal silin – DİQQƏT

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

SEPAH İsraili və ABŞ bazalarını belə vurdu – ANBAAN VİDEO

"Brent" nefti 112 dollara qədər bahalaşdı

"Brent" nefti 112 dollara qədər bahalaşdı

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

4 il SONRA... – “Onlayn nəzir” İŞƏ DÜŞÜR? – Rəsmi CAVAB

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

“İrana peyk məlumatları və bazaların yerlərini onlar ötürür”

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

Çempionlar Liqasında 1/4 finalın daha 4 iştirakçısı BƏLLİ OLDU – VİDEO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

12 ölkənin rəsmiləri Ər-Riyadda – FOTO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Səhər saatlarında Bakıda ölümlə nəticələnən qəza olub - VİDEO

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Qocalmanı ləngidən ədviyyat: Ürəkdən beyinə qədər faydalıdır

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Atasının "Galenvagen"ində ad gününü qeyd edən azyaşlı tapıldı — Atası cərimələndi

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

Onlar Novruzu doğma yurdlarında qeyd edəcəklər – FOTO

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

ABŞ və İsrail bizi buna məcbur etdi - SEPAH

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

"Bu üç peşəni süni intellekt heç vaxt əvəz etməyəcək" - Bill Qeyts

End of content

No more pages to load

RADİO